Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilərPayız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdən və digər aqrokimyəvi vasitələrdən istifadə edilməsi istehlakçılarda narahatlıq yaradır.
Bəs belə məhsullar insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? İstixanada yetişdirilən pomidorlar açıq sahədə becərilən məhsullardan daha zərərlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, tərəvəzlərin təhlükəsizliyini yalnız onların hansı mövsümdə və hansı şəraitdə yetişdirilməsi ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, əsas məsələ becərilmə prosesində aqrotexniki qaydalara əməl olunması və kimyəvi vasitələrdən düzgün istifadə edilməsidir.

"Bəzi hallarda istixana şəraitində yetişdirilən pomidor və digər tərəvəzlər açıq sahədə becərilən məhsullardan daha təhlükəsiz ola bilər. Çünki istixanalarda fermerlərin məhsulun yetişdirilməsinə nəzarət imkanları daha genişdir.
Mövsümündə yetişdirilən pomidorların da hər zaman təbii və təhlükəsiz olduğunu düşünmək doğru deyil. Belə ki, açıq sahələrdə becərilən bəzi pomidorlar yetişməmiş halda yığılır, daha sonra isə süni yetişdirici vasitələrdən istifadə edilməklə satışa çıxarılır. Bu baxımdan, yayda yetişdirilən məhsullar da kimyəvi qalıqların mövcudluğu baxımından risk daşıyır.
Tərəvəzlərin tərkibində pestisidlərin, nitratların və digər aqrokimyəvi maddələrin normadan artıq qalması insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər.
Bu cür məhsulların müntəzəm istehlakı allergik reaksiyalara, bağırsaq pozğunluqlarına və kimyəvi maddələrlə zəhərlənməyə səbəb olur".
Ekspert əsas problemlərdən birinin təsərrüfatlarda aqrokimyəvi vasitələrlə işləmək üçün kifayət qədər ixtisaslı mütəxəssislərin cəlb olunmaması olduğunu vurğulayıb. Onun fikrincə, bəzi təsərrüfat sahibləri xərcləri azaltmaq məqsədilə bitkiçilik və aqronomluq sahəsində biliyi olmayan işçilərdən istifadə edirlər. Belə şəxslərə gübrə və kimyəvi məhlulların verilməsi, onların isə bu vasitələri müvafiq bilik və təcrübə olmadan tətbiq etməsi məhsulun təhlükəsizliyini sual altına qoyur.
İ.Şirinov bildirib ki, aqrokimyəvi vasitələrdən düzgün istifadə edilməməsi həm yayda, həm də payız-qış aylarında yetişdirilən tərəvəzlərin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən təhlükəsizlik məsələsini yalnız istixana məhsulları ilə məhdudlaşdırmaq olmaz.
Ekspert şəxsi təsərrüfatlarda, bostanlarda yetişdirilən məhsulların vəziyyətinin isə fərqli ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu cür təsərrüfatlarda insanlar məhsulu özləri becərdikləri üçün istifadə olunan vasitələrə daha çox nəzarət edə bilirlər.
Beləliklə, pomidorun yayda və ya qışda yetişdirilməsi onun təhlükəsizliyini müəyyən edən əsas meyar deyil. Əsas şərt istehsal prosesində aqrotexniki qaydalara əməl olunması, gübrə və pestisidlərin düzgün dozada tətbiqi, məhsulda zərərli maddələrin qalıq miqdarının normanı aşmamasıdır.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 04 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az son xabar son xeberler bu gun son xeberler 2026