Havada GƏRGİN ANLAR: Rusiya ABŞ təyyarələrinin izinə düşdü - FOTO
Rusiya döyüş təyyarələri radar sistemləri vasitəsi ilə Krım üzərində uçan iki amerika təyyarəsini izləyib.
Publika.az xəbər verir ki, ABŞ-ın "Boeing RC-135V Rivet Joint" radioelektron kəşfiyyat təyyarəsi və "Artemis CL-600" tipli bombardmançı təyyarələri Qara dəniz üzərində uçuş həyat keçirib.
Su-30 və Su-27 tipli döyüş təyyarələri ABŞ təyyarələrini izləmək üçün Rusiyanın Cənub Hərbi Bölgəsindəki hərbi bazalarından havaya qalxıb.
Qara dəniz uçuşlarını tamamlayan ABŞ təyyarələri geri qayıdarkən rus döyüş təyyarələri bazalarına geri dönüb.
Qara dəniz səmasında yaranan gərginliklə bağlı Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə İdarəetmə Mərkəzi bildirib ki, Rusiya döyüş təyyarələrinin ekipajları tərəfindən xarici hava elementlərinin ABŞ RC-135V və CL-600 tipli kəşfiyyat və bombardmançı təyyarələr müəyyən olunub.
Açıqlamada ABŞ təyyarələrinin Krım sahillərinə yaxınlaşdığı, ancaq Rusiya sərhədlərini pozmadığını bildirilib.
Məlumata görə, ABŞ-a məxsus Artemis CL-600 tipli bombardmançı təyyarənin Qara dəniz üzərindən Tiflisə çatdığı, daha sonra Batumi və dəniz yolu ilə geri döndüyü görülüb. RC-135V tipli kəşfiyyat təyyarəsi Qara dəniz üzərində irəliləyərkən manevrlə Krıma və Kerç boğazına yaxınlaşıb, daha sonra Rusiya döyüş təyyarələrinin təqibindən sonra geri qayıdıb.
Rahib Ələsgərov
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək