Havanın soyuması ilə əlaqədar qazın qiyməti qalxacaq? - AÇIQLAMA + FOTO
Noyabrın 15-dən Azərbaycanda istilik mövsümü başlayıb. Mərkəzi istilik sistemindən yararlana bilməyənlər qazla olan qızdırıcılara üstünlük verirlər. Havaların soyuması təbii qaza olan tələbatı daha da artırır, eyni zamanda, qazın təzyiqinin müxtəlif ərazilərdə aşağı olduğu bildirilir. Bununla yanaşı, qış aylarında qazın qiymətində artım olacağını düşünənlər də az deyil.
Bəs görəsən, belə bir artım gözləniləndirmi? Evlərə verilən qazın təzyiqinin qənaətbəxş olmaması nə ilə əlaqəlidir?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev payız-qış mövsümünə hazırlığın may ayından başlanıldığını söyləyib:
"Hər il hazırlıq işinə may ayından başlayırıq. Bu görülən tədbirlər konkret olaraq soyuq aylarda abonentlərə təhlükəsizlik şəraitində və davamlı olaraq qazın verilməsinin təmininə xidmət edir. Hazırlıq istənilən xidmətlər üzərində aparılır. Korroziyaya uğramış hissələrin yeniləri ilə əvəz olunması, yeraltı boru xətlərinin dayaqlar üzərinə qaldırılması, şkafların və avadanlıqların yoxlanılması, yenilənməsi, təzələnməsi, yeni xətlərin çəkilməsi - bunların hər birinə nəzarət olunur".
E.Vəliyev qeyd edib ki, ötən illərə nisbətən bu il qışa daha hazırlıqlıdırlar:
"Qış mövsümü elan olundu. Bundan iyirmi gün öncə qışa tam hazır olduğumuzu elan etdik. Qışa uyğun olaraq qazın təzyiqinin tənzimlənməsi başlanıldı. 2 milyon 500 min abonent qazla təmin olunur.
Müəyyən ərazilərdə adekvat olmayan təzyiq müşahidə oluna bilər. Bu o demək deyil ki, belə də qalacaq. Xeyr. Əməkdaşlarımızın vasitəsilə həmin ərazilərə nəzarət edirik. Hansı ərazilərdə təzyiqlə bağlı qış mövsümünə adekvat olmayan təzyiq müşahidə olunursa, dərhal müdaxilə edirik. Normallaşdırırıq. Təzyiqlə bağlı problemin keçid dövrü qısa olacaq. Böyük bir mənada təzyiq problemi yaşanmır. Lokal ola bilər. Güman edirəm ki, çox ciddi şəkildə abonentlərimiz problem yaşamayacaqlar".
"Qazın qiymətində artım olacağı ilə bağlı məsələ yoxdur. Gündəmdə deyil. Yəni hələ bu məsələ müzakirə mövzusu deyil", - deyə E.Vəliyev əlavə edib.


Yay Dəli-Dolu gəlir
Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Azərbaycanda orta aylıq maaş artdı - Amma
Anar İsrafilov vəzifədən getdi
Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB
Azercell-in "Premium" abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edildi
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Zaqatalada su hovzunu təmir edən kişi yanıb
Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Bu gün yay Azərbaycana daxil olacaq
Yay aylarında bu balıqları yeməyin
Avroviziya' qalibi Bakıya gəlməkdən imtina etdi