Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon

Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefonBərdə Rayon məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunan hakimi Elsun Əhmədovun cinayət işinin təfərrüatları məlum olub.
KONKRET.az xəbər verir ki, İstintaq hakimin 21 min manat rüşvət aldığını aşkar edib. İttihama görə Elsun Əhmədov hakim olan zaman icraatında Məqsəd Bayramovun narkotik ittihamı ilə həbs edilməsi ilə bağlı iş olub. Hakim Məqsəd Bayramovun arvadından bu iş üzrə minimum həddə cəza təyin etmək üçün 21 min manat pulu rüşvət olaraq tələb edib. Hakim pulu iclas katibi Orxan vasitəsi ilə 10 min, 8 min və 3 min olmaqla hissə-hissə alıb. Hakim aldığı rüşvətin qarşılığında Məqsəd Bayramova minimum həddə- 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hakim məhkəmədə ifadə verən zaman özünü rüşvət almaqda yox, dələduzluqda günahkar bilib. Pulu almasının səbəbi kimi isə anasının onkoloji xəstə olmasını göstərib. Deyib ki, sonra atası da onkoloji xəstə olduğu üçün aldığı pulu geri qaytara bilməyib.
Elsun Əhmədovun dediklərindən aydın olub ki, pul alınan zaman videogörüntü olub:
"Mən otağımda pul almamışam. Orada kiminsə çəkiliş aparması mümkün deyil. Həmin görüntülərin necə çıxdığını bilmirəm.
İlk dəfə deyildi ki, belə bir işdə bu cür hökm çıxırdı. Qərarı elan edəndən sonra mənə zənglər gəldi. Dedilər ki, gərək əvvəldən deyərdin. Mən bir işdə bəraət verəndən sonra bu problemlər yaranmağa başladı. Əməlimdən peşmanam",- deyə hakim qeyd edib.
İş üzrə şahid qismində dindirilən Aygül Bayramova deyib ki, pulu birbaşa hakimin özünə yox, köməkçisi Orxana verib: "Mən pulu Orxana vermişəm, o da hakimə verib. Amma pulu verəndən sonra işi uzatdılar. 18 mindən sonra əlavə 3 min istədilər ki, yuxarıdan razılıq almaq lazımdır. Mən də verdim. Sonra gördüm ki, iş uzanır. Mənə deyilmişdi ki, ərimi azadlığa buraxacaqlar. Məsələ uzanır, evdə məni lağa qoyurdular. Bu, mənə pis təsir edirdi. Elsun müəllimin hakimlik vaxtının bitdiyini bildikdən sonra şikayət etmək qərarına gəldim. Buna görə də korrupsiyaya ərizə yazdım. Mənə heç kim məsləhət verməyib".
A.Bayramova deyib ki, ondan alınan 21 min manat Elsun Əhmədovun vəkili vasitəsi ilə geri qaytarılıb.
Burada diqqət çəkən məqam budur ki, sabiq hakim Elsun Əhmədov ifadəsində bu işlərin haradan qaynaqlandığına işarə edir, amma ad çəkmir. Aygül Bayramova da ondan soruşulmadığı halda "heç kimdən məsləhət almamışam" deyə izahat verir.
Bütün hallarda ortada fakt budur ki, rüşvət alınıb və sabiq hakim özü bunu etiraf edir.
Məhkəmədə məlum olub ki, A.Bayramova pulları verən zaman telefonla çəkilişlər aparıb. O, məhkəmə binasına gələn zaman özündə olan bir telefonu polis əməkdaşlarına verib. İkinci telefonu isə gizli şəkildə üzərində gizlədib. O, hakim köməkçisi Orxana məhkəmənin mətbəxində pul verən zaman çəkiliş edib. Sonra həmin görüntüləri disklərə köçürərək saxlayıb.
Belə şübhə yaranıb ki, A.Bayramova xüsusi avadanlıqla bu çəkilişi aparıb və ona bunu kimsə məsləhət görüb. Amma Bayramova bunu inkar edib. Telefonu necə və hansı formada çəkilişə hazır vəziyyətə gətirməsi haqda,- "şəxsi işimdir",- deyərək, cavab vermək istəməyib. Maraqlısı budur ki, çəkiliş etdiyi telefon hazırda yoxdur. Bayramova telefonun sındığını və atdığını deyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilmişdi.
Musavat.com

Hadisə       Tarix: 31 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeberler valyuta mezennesi cəbhədən son durum xeberler az