Həbsdə saxlanılan qazinin vəkili: "Misir Qasımlı və Sübhan Quliyevin həbs müddəti 40 gün uzadılıb

Həbsdə saxlanılan qazinin vəkili: Misir Qasımlı və Sübhan Quliyev məhkəməyə gətirilmədilər".
azxeber.com xəbər verir ki, bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva oxu.az-a açıqlamasında deyib.
"Kiyev Apellyasiya Məhkəməsində baş tutan 03.11.2022-ci il tarixli məhkəmə iclası Misir Qasımlı və Sübhan Quliyevin iştirakı olmadan keçirilib. Belə ki, məhkəmə proses iştirakçılarını aldadaraq işə təqsirləndirilən şəxslərin iştirakı olmadan baxıb. Hakim Sübhan Quliyevin məhkəməyə gətirilməsi haqqında məlumatı istintaq təcridxanasına göndərməyi unutduğunu, Misir Qasımlını isə ümumiyyətlə görmək istəmədiyini qeyd edib. Bütün bunlar səfirliyin nümayəndəsinin gözü qabağında baş versə də, səfirlik məhkəməyə öz iradını bildirmədi".
Vəkil qeyd edib ki, 04.11.2022-ci il tarixli Obuxov Rayon məhkəməsində keçirilən iclasda isə Misir Qasımlı və Sübhan Quliyevin həbsdə saxlanılmaları müddəti əlavə 40 gün uzadılıb:
"Təqdimatla çıxış edən prokuror bu dəfə təqdimatını yalnız maddələrin ağırlığı ilə əsaslandırdı. Diaspor nümayəndələri və digər Azərbaycan əsilli şəxslər Misir və Sübhanın şəxsi zaminliyə götürülməsi vəsatəti ilə çıxış etsələr də, hakim yenə bunlara məhəl qoymayaraq qanunsuz olaraq həbsi uzatdı.
Səfirliyə dəfələrlə şəxsi zaminliyə götürülmə məsələsi ilə müraciət etsək də, bundan imtina edirlər. Səfirlik Misir və Sübhanın zaminliyə götürülməsi məsələsini qaldırsa, vəsatətin təmin edilib-edilməməsindən asılı olmayaraq, artıq proses iştirakçısına çevrilərək məhkəmədə söz sahibi ola bilər. Lakin, bunu etmək istəmirlər. Görünür ki, bir qazinin taleyi onlar üçün heç maraqlı deyil".
Onun sözlərinə görə, səfirlik məhkəməyə iradını bildirməyib:
A.Rəfiyeva Ombudsmanın məsələ ilə bağlı heç bir qanun pozuntusu olmadığını bildirdiyini qeyd edib:
"Ombudsmana müraciət edirik ki, vətəndaşlarımızın haqları tapdalanır, köməklik edin. Cavab verirlər ki, heç bir qanun pozuntusu yoxdur, ümumiyyətlə bu bizim səlahiyyətlərimizə aid deyil. Əgər qanun pozuntusu yoxdursa, nədən Kiyev Apellyasiya Məhkəməsi qərar verdi ki, qanun pozuntuları var? 
Görünən odur ki, heçkəs öz işini vicdanla görmək istəmir. Şablon cavab məktubları ilə kifayətlənirlər".
Vəkil məhkəmədə çıxış edən zərərçəkmişin ittiham tərəfinin şahidinin verdiyi ifadəyə tamamilə zidd ifadə verdiyini söyləyib:
"Misir Qasımlı və onun vəkilləri tərəfindən verilən heç bir suala cavab verə bilmədi. Bütün suallara "yadımda deyil" kimi cavab verdi. Bu azmış kimi zərərçəkən məhkəmə iclasına Azərbaycan bayrağının fonunda qoşuldu. Bundan başqa, keçən məhkəmədə zərərçəkmiş ağzından qaçırmışdır ki, prokurorluq ona 3000 dollar pul təklif edib, bu dəfə isə suala cavab olaraq etiraf etdi ki, 15.000 dollar təklif olunub. Hakim də dərhal iclası təxirə saldı ki, bu məsələni ört-bastır etsin.
Təəssüf ki, hakim görünüş yaratmaq istəyir ki, guya obyektivdir, guya işi düzgün araşdırır, amma əməldə tam əksini edir. Bu da bizə onu düşünməyə əsas verir ki, hakimə kənardan təzyiqlər var və o gözünü yumub qanunsuz qərarı qəbul edə bilər.
Həmçinin suallar altında çıxılmaz vəziyyətdə qalan zərərçəkmiş bildirdi ki, 2019-cu ildən psixiatrik dispanserdə qeydiyyatdadır (bu haqda həkim arayışını təqdim etdi) və psixotrop, narkotik tərkibli dərmanlar qəbul edir.
Hadisə günü bununla bərabər spirtli içkilər qəbul edib. Eyni zamanda hadisə günü başqa yerdə olduğunu və maşında tapılan kart hesabından həmin dövrdə özü tərəfindən alış-veriş edildiyini gizlətməyə çalışsa da, bunun üstü açıldı. Bu da birbaşa ona dəlalət edir ki, həmin dövrdə kart özündə olmuş və polis tərəfindən Misirin maşınına atılmışdır.
Təqdimatla çıxış edən prokuror bu dəfə təqdimatını yalnız maddələrin ağırlığı ilə əsaslandırdı. Zərərçəkmişin vəkili isə təqdimata münasibət bildirərkən qeyd etdi ki, Azərbaycan əsgəri qaçıb-gizlənəndir. Ona görə Misir və Sübhanın da məhkəmədən qaçıb gizlənmək ehtimalı var. Misir Qasımlı isə buna etiraz edərək bildirdi ki, "biz müsəlmanlar ölümü siz qadınlarınızı sevən qədər sevirik və həmin qeyd etdiyiniz Azərbaycan əsgərləri sizin arvad-uşağınızı burada qoruyur, siz isə dincəlirsiniz". Bu sözdən sonra zərərçəkənin vəkili və prokuror pərt olaraq zalı tərk etdilər. Diaspor nümayəndələri və digər Azərbaycan əsilli şəxslər Misir və Sübhanın şəxsi zaminliyə götürülməsi vəsatəti ilə çıxış etsələr də, hakim yenə bunlara məhəl qoymayaraq qanunsuz olaraq həbsi uzatdı".

Sosial       Tarix: 07 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun beynelxalq bank mezenne gunun xeberleri kriminal xeber