Heç kim İlham Əliyevə müqavimət göstərə bilməyib - Ermənistan nəşri

Heç kim İlham Əliyevə müqavimət göstərə bilməyib - Ermənistan nəşriErmənistanın 44 günlük müharibədə məğlubiyyəti yalnız bir bəlli səbəbə görə mümkün olub – Ermənistanda müstəqillik əldə etdikdən sonra Prezident İlham Əliyev səviyyəsində siyasətçi olmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın "Armenian Report" nəşrində dərc olunan məqalədə deyilib.
Müəllifin fikrincə, Levon Ter-Petrosyan digərlərindən daha çox obyektiv göstəricilərə görə Ermənistanın ən uğurlu dövlət başçısı adına uyğun gəlir:
"Amma o, "torpağın bir hissəsinin müqabilində sülh" prinsipinə bağlı olan ideyanı da ortaya qoyub. O, sonda getdi və iyirmi ildən çox xalqı aldadaraq qarət edənlərə yol verib. Bəli, Robert Köçəryan və Serj Sarkisyan dollar multimilyonerinə çevriliblər. Onlar belə bir mif yaradıblar ki, bizim ordumuz düşmən ordusunu məğlub etməyə qadirdir. Bunların heç biri olmayıb. Hətta Rusiya bizi dəstəkləməyib. Hətta KTMT. Baxmayaraq ki, Ermənistanın geosiyasi manevrlər üçün real imkanını itirərək Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulub. Biz Rusiyadan tam asılı ölkə statusu aldıq", – deyə məqalədə bildirilib.
Məqalədə qeyd olunub ki, artıq mövcud olan şəraitdə N.Paşinyanın xüsusi variantları yoxdur:
"Həm də təkcə onun, həm də rəqiblərin də. İndi onlar indiki hakimiyyəti istədikləri qədər tənqid edə bilərlər, amma bu, sadəcə olaraq, daxili siyasi gündəmdir. Onlar hakimiyyətə gəlsələr bütün yeni reallıqlarla razılaşmalı olacaqlar. Bir müddət vaxtı uzatmağa cəhd etmək olar, amma bu, sonda heç nəyi dəyişməyəcək. Və bilirsiz niye? Çünki biz hər zaman aldanırdıq. Şüurlu və ya axmaq, amma sonda qaydaları Bakının qoyduğu oyunu oynadıq".
Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz məqsədinə nail olub və heç kim ona müqavimət göstərə bilməyib. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun hamısını sadəcə olaraq heyrətlənməyə məcbur edib. unikal.org

Siyasi       Tarix: 30 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi futbol xeberleri son xeberler bu gun cəbhədən son məlumat