HƏMAS liderindən ŞOK AÇIQLAMA: İsrail bütün region üçün
HƏMAS-ın rəhbər şəxslərindən biri olan Xalid Məşəl İsrailin yalnız Fələstin üçün deyil, bütövlükdə Yaxın Şərq üçün ciddi təhlükə mənbəyinə çevrildiyini bildirib.
KONKRET.azxəbər verir ki, o, çıxışında problemin təkcə İsrailin Fələstin torpaqlarını işğal etməsi və fələstinlilərə qarşı hücumları ilə məhdudlaşmadığını vurğulayıb. Məşəlin sözlərinə görə, artıq açıq şəkildə görünür ki, İsrail regionun sabitliyinə qarşı sistemli təhdid yaradır.
HƏMAS lideri qeyd edib ki, bəzi dairələr İsrailin yalnız ona qarşı mübarizə aparan ölkələrə təhlükə törətdiyini iddia etsə də, reallıq tam fərqlidir. Onun fikrincə, İsrail bölgədə yaranan hər hansı yeni siyasi prosesə aqressiv yanaşır.
Bu kontekstdə o, Suriyanı nümunə göstərib. Bildirib ki, Suriyada yeni siyasi reallıq formalaşmağa başlayanda İsrail dərhal düşmən mövqe nümayiş etdirib. Hücumlar yalnız sərhəd bölgələrində deyil, həmçinin Golan yüksəklikləri, Hərmon dağı və Dəməşq ətrafında da müşahidə olunub.
Məşəlin sözlərinə görə, İsrail Suriyanın güclü və müstəqil dövlət kimi formalaşmasını istəmir. O, bu ölkəni paytaxt Dəməşqdən tutmuş işğal altındakı Fələstin sərhədlərinədək silahsızlaşdırmağa və daxili ictimai quruluşuna müdaxilə etməyə çalışır.
HƏMAS rəsmisi əlavə edib ki, İsrail vahid və güclü dövlətlərin mövcudluğunda maraqlı deyil. Onun əsas məqsədi region ölkələrini parçalamaq, etnik və dini icmaları bir-birindən ayırmaqdır. Bu çərçivədə kürdlər, druzlar, ələvilər və digər icmalar üzərində təsir mexanizmləri qurmağa çalışıldığı vurğulanıb.
Məşəl bildirib ki, bu siyasət uzunmüddətli perspektivdə regionda sabitliyi tamamilə pozmaq və dövlətləri zəiflətmək məqsədi daşıyır.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq