Həmid Həmidov: "Rusiya növbəti dəfə Azərbaycana qarşı dostluğa sığmayan addımlar atır" - VİDEO
Həmid Həmidov: "Rusiya növbəti dəfə Azərbaycana qarşı dostluğa sığmayan addımlar atır" - VİDEO
Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyanın Moskvaya səfəri ilə bağlı Azərbaycan ictimaiyyətinin Rusiya səfirliyinə ünvanladığı suallar hələ də cavabsız qalıb.
CBC-nin qonağı olan "Global Media Group"un media direktoru Həmid Həmidov məsələ ilə bağlı öz fikirlərini bölüşüb.
"Əsas məsələ odur ki, Arutunyan Rusiya ərazisinə necə daxil olub? Hansı pasportla ora gəlib? O quldurun biridir. Bildiyim qədəri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu onun haqqında İnterpola soğru verib. İstənilən halda, o, terrorçu, quldur və separatçıdır.
O sərhəddən asanlıqla keçə bilməz. Əsas sual budur. Bunu necə edib? Kimin dəvəti ilə ora gedib? Və niyə kimsə onu dəvət edib? Yəni çoxlu suallar var, amma cavab yoxdur", - deyə Həmid Həmidov öz fikirlərini bölüşüb.
Tanınmış jurnalist həmçinin qeyd edib ki, beynəlxalq hüququn normalarına görə Arutunyan indi həbs edilib Azərbaycana təhvil verilməlidir:
"Rusiya tərəfi onu ora dəvət etməməlidir. Əgər ordadırsa, Azərbaycanın tələbi ilə təhvil verilməlidir. Bunların heç biri olmur. Belə başa düşürəm ki, Arayik sakitcə Moskvada qalır. Bu vəziyyət Azərbaycanla Rusiya arasındakı münasibətlərə yaxşı təsir göstərə bilməz. Eynilə Şuşada tapılan "İskəndər M" raketinin qalıqları ilə bağlı situasiyada olduğu kimi.
Hətta bununla bağlı da Rusiya tərəfi hansısa reaksiya verməyib. Məktublarımız cavabsız qalıb. Rusiya növbəti dəfə Azərbaycana qarşı dost olmayan addımlar atır və bu, əlbəttə ki, ikitərəfli münasibətlərdə yaxşı nəticə ilə bitməyəcək".
/oxu.az
f PaylaşTurlar.az [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar