Həmin uşaq xəstəxanaya, ana isə psixiatriya müəssisəsinə yerləşdirildi - Rəsmi

Həmin uşaq xəstəxanaya, ana isə psixiatriya müəssisəsinə yerləşdirildi - Rəsmi"Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşaması ilə bağlı daxil olmuş məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb".
azxeber.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial media hesabında yazıb.
O bildirib ki, aparılmış ilkin araşdırmalar və mövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərfindən 11 yaşlı uşaq  Rayon Mərkəzi Xəstəxanasına, ana isə ixtisaslaşmış tibbi yardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibb müəssisəsinə yerləşdirilib.
Uşağın sağlamlıq vəziyyəti xəstəxanada müvafiq tibbi müayinələrdən keçirildikdən sonra onun mənafeyinin, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və uşağın hüquqlarının qorunması istiqamətində müvafiq işlər davam etdirilir", - deyə o əlavə edib.

Sosial       Tarix: 24 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 99 yaşlı akademik Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Ö.Eldarov hazırda orada müalicə alır

İran–ABŞ gərginliyi manata təsir edəcək? – İqtisadçı açıqladı

İran və ABŞ arasında gərginliyin yenidən artması qlobal maliyyə bazarlarında da diqqətlə izlənilir. Mütəxəssislər hesab edirlər ki, mümkün hərbi və siyasi eskalasiya investorların davranışına təsir edərək ABŞ dollarına tələb

Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznes Məktəbində MBA proqramı üzrə təhsil almağın bir sıra üstünlükləri var. Bizim.Media xəbər verir ki, sözügedən MBA proqramı gələcəyin rəhbərləri, sahibkarları və qərarvericilər

Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı - FOTOLAR

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. xəbər verir ki, hadisə rayon ərazisində, "Narbağı" adlanan sahədə park salınması zamanı qeydə alınıb. Belə ki

Bu günün valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 20-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Bu gün üçün avronun məzənnəsi 1,945

Naxçıvanda ağır qəza: Xəsarət alanlar var

Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində olub. İlkin məlumata görə, Babək rayonunun Məzrə kənd sakinləri, 1993-c

46 yaşlı qadın qızdırmadan öldü

Ağdaşda 46 yaşlı qadın vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib

Kompüter qarşısında çalışanların nəzərinə

Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq, quruluq, yanma və ağrıya səbəb ola bilər. Xüsusilə ekran qarşısında fasiləsiz qalmaq göz əzələlərinin gərginləşməsinə gətirib çıxarır. Mütəxəssislə

"Anamsız bizə çətindir" - "Arzum"un qızı

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 99" ləqəbli tiktoker İlduzə Hacıyevanın anası və övladları video yayıb. İ.Hacıyevanın anası videoda qızı üçün yardım istəyərə


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbər krimnal xeber bugünkü son xəbərlər son xeberler bu gun