Hər gün avokado yesəniz nə baş verər?

Hər gün avokado yesəniz nə baş verər?Avokado sağlamlıq üçün xeyirli qidalardan biridir. Çalışın qida rasionunuza həftədə bir dəfə də olsa avokado daxil edin. 
KONKRET.az xəbər verir ki, tərkibində 20-yə yaxın vitamin və mineral vardır. Mis, dəmir, maqnezium və fosforla yanaşı A, B, C, E və K vitamini ilə də zəngindir.
Hər bir meyvə kimi avokadonun da tərkibində karbohidrat var, lakin bu meyvə ən sağlam meyvələr sırasındadır.
Avokado E vitamini deposudur və protein baxımından zəngindir. Bu 2 elementin sayəsində bir çox xəstəliklərə qarşı güclü vasitədir.
Avokado artıq çəki, ürək-damar sisteminin zəifliyi, sağlam olmayan dəri və saç, həzm prosesinin narahatlığı kimi bir sıra xəstəliklərin əleyhinə istifadə oluna bilər.
Çəkiyə nəzarət
Avokado zəngin tərkibi sayəsində həm ləziz, həm də sağlam qidadır. Həzm prosesini yaxşılaşdırır və toxluq hiss yaradır. Bu baxımından pəhrizdə olan xanımlara avokado məsləhət görülür.
Ürəyin dərmanıdır
Avokadonun tərkibində olan bir sıra minerallar ürək-damar sisteminə müsbət təsir göstərir. Həmçinin bir avokado gündəlik fol turşusu ehtiyacınızın 23%-ni qarşılayır.
Gözlər üçün əvəzedilməzdir
Sağlam gözlər üçün əslində çox böyük müalicələrə və ya əməliyyata ehtiyac yoxdur. Avokado güclü antioksidant tərkibi ilə yaranan travmaları və yaşla əlaqəli meydana gələn zəifləmələri aradan qaldırmağa yardımçıdır.
Xərçənglə mübarizə aparır
Avokadonun xərçəngin qarşısını aldığı elmi bir həqiqətdir. Həmçinin xərçəng xəstəliyi ilə  mübarizədə kimyəvi müalicənin əks təsirlərini də azaltdığı təsdiq olunub. Araşdırmalar göstərir ki, avokadonun özündə olan bir maddə prostat xərçəngi hüceyrəsinin böyüməsinin qarşısını alır.
Uşaqlar üçün çox faydalıdır
Avokadonun tərkibindəki fol turşusu uşaqlar üçün də çox faydalıdır. Xüsusilə, proteinlər uşaqların sağlamlığına xeyirdir. Həmçinin, Maqnezium, B1, B2 vitaminləri baxımından zəngin olması uşağın fiziki və zehni inkişafına da təkan verir.
Depresiya ilə mübarizə aparır
Əgər depresiyadasınızsa, bir avokado sizin əhvalınızı yüksəldəcək. Homosisteyinin yaratdığı halsızlıq, iştahasızlıq və yuxusuzluq avokado vasitəsilə aradan qaldırıla bilər.
Həzmə kömək edir
Təbii liflərdən ibarət olan avokado qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır.
Xolesterinin qarşısını alır
Tərkibindəki sağlam yağlar xolesterin riskini azaldır.
Təzyiqi normallaşdırır
Əgər yüksək təzyiqdən əziyyət çəkirsinizsə, sizə avokadonu məsləhət görürük. Tərkibindəki maqnezium və potasyum qan təzyiqinizi normada saxlayacaq.
Təmiz dəri üçün
Avokadonun tərkibindəki A, C və E vitaminləri dəriyə çox xeyirdir. Lakin bunun üçün avokadonu yemək deyil, əzərək dəriyə tətbiq etmək lazımdır. Avokado dərinizi yumşaltmaqla yanaşı, yaranan ləkələri aradan qaldıracaq və günəşin zərərli təsirlərindən qoruyacaq.//Axsam.az

Sağlamlıq       Tarix: 11 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər xeber az cəbhədən xəbərlər xeber.az son xeberler