Hər iki Qarabağ müharibəsinin Qırmızı Bazar səddi - AÇIQ SÖHBƏT

Hər iki Qarabağ müharibəsinin Qırmızı Bazar səddi - AÇIQ SÖHBƏT– Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək və Basarkeçər rayonlarındakı mövqelərindən Ordumuzun Gədəbəy və Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutub;
– Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
KONKRET.az xəbər verir ki, ermənilərin son atəşkəs pozmaqları təhlükəli planın bir hissəsinə bənzəyir.
Söhbət nədən gedir? Erməni işğalı zamanı Azərbaycan ordusunun bəlli 3 istiqaməti var idi. Murov, Füzili-Cəbrayıl və Ağdamdan başlayan həmlələr ermənilərin Qarabağ və Şərqi Zəngəzurdan sıxışdırılmasına, Ermənistan sərhədlərinə qaytarılmasına xidmət edirdi. II Qarabağ savaşından sonra Azərbaycan torpaqların bəzilərini döyüş, müəyyən hissəsini savaşsız geri döndərdi, bir qismi isə sülhməramlıların müvəqqəti nəzarətinə verildi. Belə deyək, üçtərəfli bəyanatla Rusiya Ağdam, Kəlbəcər və Laçının Azərbaycana döyüşsüz qaytarılacağını, əvəzində özünün Qarabağdakı müvəqqəti hərbi mövcudluğunu təmin etdi. Bu isə oradakı separatçı rejimin də güclənməsi deməkdir. Heç kimə sirr deyil ki, I Qarabağ müharibəsində də Azərbaycan ordusu Qırmızı Bazar səddini keçə bilməyib və bu, 44 günlük savaşda da təkrarlandı:
– Döyüşlərin getdiyi dövrdə Kəlbəcər və Laçının geri qaytarılması an məsələsi olub. Sadəcə, itkilər qaçılmaz olduğu üçün Azərbaycan rayonların döyüşsüz qaytarılması təklifi ilə razılaşdı;
– Ağdam başdan-ayağa mina sahəsi idi və oranı geri qaytarmaq üçün gözüyumulu hücuma keçmək kamikadzelik olardı. Bu səbəbdən İrəvanın mina xəritələrini vermək şərtilə kapitulyasiyaya imza atması daha uyğun göründü;
O ki qaldı hazırkı atəşkəs pozulmalarına, təsəvvür edin ki, Azərbaycanın istəyilə III Qarabağ müharibəsinə start verilsə, həm Ermənistanın, həm də qondarma rejimin, həm də ki rus kontingentinin hücumu ilə üzləşə bilərik. Lap I Qarabağ müharibəsindəki kimi. Bircə Türkiyə bizim yanımızda olacaq. Hələ ki, bunu əminliklə demək olar. Sözügedən qardaşlığın nə qədər uzunmüddətli olması isə 2023-də bəlli olacaq. Çünki Azərbaycan xalqı qardaş dəstəyindən məhrum olduğu 1920 və 1993-ü gözəl xatırlayır.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 17 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler zelzele kriminal xeber xeberler bugun