Əli Kərimlinin "Putin mesajı" AXCP-çilərdə belə gülüş yaratdı

Əli Kərimlinin Gündəmdə qalmaq, siyasi varlığının saxlamaq üçün heç bir fürsəti fövtə verməyən AXCP sədri Əli Kərimli Rusiyanın Azərbaycana qarşı təzyiqindən, ümumiyyətlə, Bakı və Moskva arasında yaranmış gərginlikdən sevincək olub. Palatka toylarının "manıs"ları kimi əlinə alıb "mikrafonu" zəngülə vurur. Deyir, "qanmayanın kefidir".
Moskva və Bakı arasında yaranmış gərginliyin mahiyyətini qanmayan Əli Kərimlinin də kefidir. Çünki AXCP sədri danışmağa, hakimiyyəti ittiham etməyə mövzu tapıb.
Əli Kərimlinin O bu gərginliyə həm də Azərbaycan hakimiyyətinə kənardan təzyiq edildiyi üçün sevinir. Təəccüblü deyil. Əli Kərimli üçün Rusiya, yaxud hansısa ölkə olmasının, eləcə də baş verənlərin Azərbaycan dövlətinin, xalqının maraqlarına nə qədər zidd olmasının o qədər də fərqi yoxdur. Əsas odur ki, "söhbət" var, o da bundan maraqları üçün istifadə edir.
Əli Kərimlinin sevincək olmasının səbəblərindən biri də "Nyu-York Tayms" nəşrinin Azərbaycan-Rusiya gərginliyi ilə bağlı məqaləsində onun da fikirlərinə yer verməsidir. AXCP sədri açıqlamasının xarici nəşrdə yayımlanmasını bitmiş siyasi karyerasının ən böyük uğuru hesab edir. Hətta, o qədər sevincək olub ki, açıqlamasında aləmi qatıb bir-birinə. Deyir ki, "İlham Əliyev hakimiyyətini Putinlə də paylaşmaq istəmir".
Bu sözlərin məntiqi tərəfi varmı? 
İlham Əliyev Azərbaycan Prezidentidir, Putin isə Rusiyanın. Azərbaycanda hakimiyyəti niyə Putinlə paylaşılmalıdır? Bu, birincisi.
İkincisi, Əli Kərimlinin məntiqindən belə çıxır ki, Azərbaycanda hakimiyyət Putinlə paylaşılmalıdır.
Bu, nəyin çağırışıdır? 
Bəlkə, Əli Kərimli Putinə, "mən hakimiyyətdə olsaydım, Azərbaycanın maraqlarını yox, sizin maraqlarınızı qoruyardım, hətta, hakimiyyətimi paylaşardım" mesajını vermək istəyir.
Hər hadisəni, hətta, Rusiya təhdidini belə öz maraqları üçün fürsət kimi görən Əli Kərimli bir daha nümayiş etdirdi ki, onun üçün nə milli maraqlar önəmlidir, nə də dövlət maraqları.
Vaqif Hüseynli
Demokrat.az / konkret.az

Siyasi       Tarix: 06 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat beynelxalq bank mezenne metbuat xeberleri xeber.az 2026