Türkiyə Prezidenti: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.
azxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu barədə ona Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"Qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə, o da Suriyaya təbii qazla bağlı "hər cür dəstəyi verməyə hazıram" dedi. İlham Əliyevin belə bir yanaşma ortaya qoyması çox vacibdir. Çünki Suriyanın hazırda ən mühüm problemi təbii qazdır. Təbii qaz gələcək ki, enerji olsun. Enerji ilə bağlı problem var. Biz də müəyyən nöqtəyə qədər enerji ilə kömək etməyə çalışırıq. Amma bu gün İlham bəydən bu xoş xəbəri alanda, həqiqətən, özümü çox hüzurlu hiss etdim. Mən qayıdan kimi o şad xəbəri energetika nazirimə verəcəm. O da bu barədə Şara (Suriya lideri - red.) bəyə də məlumat verəcək. Allah qoysa, atdığımız addımları Azərbaycanın verəcək dəstəyi ilə birləşdirib bu addımı birlikdə atmaq istəyirik. Artıq sanksiyaların aradan qaldırılması üçün addımlar atılıb. Biz bunu gücləndirməklə davam etdirmək niyyətindəyik", - deyə Ərdoğan vurğulayıb.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi