Hər kəs 20 faiz vergi ödəyəcək? - Ekspert vacib detalları AÇIQLADI

Hər kəs 20 faiz vergi ödəyəcək? - Ekspert vacib detalları AÇIQLADISon günlər sadələşdirilmiş verginin ləğv olunduğu və hər kəsin 20 faiz vergi ödəməsi məsələsi ilə bağlı məlumatlar paylaşılır. Maraqlıdır, bu məlumatlar nə qədər doğrudur və hansı nəticələrlə yadda qala bilər?
Mövzunu KONKRET.az-a dəyərləndirən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Vergilər Məcəlləsinə 2012-ci ilin sonu təklif edilən dəyişikliklərdə sadələşdirilmiş verginin ləğvi ilə bağlı hər hansı bir məsələ nəzərdə tutulmayıb: "Ümumiyyətlə, bu vergi növü ilə bağlı hansısa ciddi dəyişiklik təklifi mövcud deyil. Burada insanları çaşdıran o məqamdır ki, mikrosahibkarlar fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq öz gəlirlərindən və ya mənfəətindən vergi ödəyərkən onlara 75 faiz güzəşt verilirdi. İndi isə bu güzəştin verilməsinin qaydaları dəyişib. Yalnız dövlətə və Sosial Müdafiə Fonduna borcu olmayan, eyni zamanda, üç işçisi olan mikrosahibkarlar yenə də bu güzəştdən adi qaydada faydalana biləcəklər. Fərdi qaydada fəaliyyət göstərən şəxslərdə isə bu güzəşt ləğv olunacaq".
"Hazırda qeyri-neft sektorunda, yəni dövlət təşkilatlarında çalışanlar öz əməkhaqlarindan 10 faiz vergi verirlər. Bundan əlavə, digər ödəmələr də mövcuddur. Dövlət və neft sektorunda çalışan şəxslər isə əməkhaqlarından 14 faiz gəlir vergisi, 3 faiz isə pensiya fonduna ödəməlidir. Yəni dövlət qeyd edir ki, yalnız o sahibkarlar əlavə güzəştlərdən faydalana biləcəklər ki, onlar yeni iş yerləri açırlar, ən azı qeyd etdiyim kimi, təklif edilən güzəştlərdə 3 iş yerinin olması vacib hesab olunur. Bu həm sahibkarları yeni iş yeri yaratmağa həvəsləndirir, həm də vergidən yayınma riskini aşağı salmağa kömək edir", – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, əvvəldən qəbul olunan 75 faiz güzəştin effektiv nəticəsi ondan ibarət idi ki, mikrosahibkarlar 5 faizlik vergi versələr də, digər vergilərdən yayınırdılar: "Düzdür, bu güzəştlərin saxlanması mikrosahibkarlara yeni iş yerlərinin canlandırılması baxımından faydalıdır. Ancaq fərdi VÖEN-lər altında hüquqi və ya fiziki şəxs formasında fəaliyyət göstərmək gəlir vergisindən yayınmağa səbəb olurdu. Faktiki olaraq adi işçi kimi fəaliyyət göstərməsinə baxmayaraq, vergi dövriyyəsini aşağı salıb yayındırmış olurdular. Yəni burada məsələnin məğzi ondan ibarətdir ki, başqa hansısa sadələşdirilmiş verginin ləğvindən söhbət gedə bilməz, sadəcə fərdi fəaliyyət göstərən fiziki və hüquqi şəxslər artıq 75 faizlik mənfəət və gəlir vergisindən güzəşt əldə edə bilməyəcəklər, yalnız üç və ya daha çox işçisi olan mikrosahibkarlar eyni qaydada güzəştlərdən faydalana biləcəklər".
Mərahim Nəsib,
KONKRET.az

Sosial       Tarix: 21 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun cəbhədən son durum qurban bayrami 2026 cəbhədən görüntüleri