Hər kəs onun Bayram Kürdəxanlı olduğunu düşünür - VİDEO
Bir müddətdir ki, mərhum meyxanaçı Bayram Kürdəxanlının səsinə oxşar səslə meyxana deyən şəxs sosial şəbəkələrdə maraqla qarşılanır. Onun səsinin Bayram Kürdəxanılının səsinə çox oxşaması səbəbindən videoda üzünü görməyəndə hətta onları qarışdıranlar da olur.
azxeber.com xəbər verir ki, Bayram Kürdəxanlının səsi ilə deyən şəxs meyxanaçı Oruc Lənkəranlıdır. O, yutubda yayımlanan "MF TV"nin qonağı olarkən bu barədə danışıb.
Oruc Lənkəranlı qeyd edib ki, onun səsinin mərhum meyxanaçanın səsinə bənzəməsi ilk dəfə 2018-ci ildə hiss edilib:
"2018-ci ildə Lənkəranda xırda bir məclis var idi. Məni də ora çağırmışdılar. Hələ məclis başlamamışdı, elə-belə özümüz üçün deyirik. Ustadım Elçin Ağa oturmuşdu qırağda, ürəyimdən keçdi ki, boğazımı oynadım. Bir də gördüm ki, millət durdu ayağa ki, bu, Bayramın səsi ilə deyir. Ağa mənə işarə etdi ki, yaxşıdır".
O, Bayram Kürdəxanlının səsini yaşatmaqla qürur hissi keçirdiyini deyib:
"Evə gələndən sonra telefon əlaqəsi saxladı ki, sən bu səslə üzərində işlə, bacaracaqsan. Şükürlər olsun, Allaha, Allah ustadımız Bayram Kürdəxanılıya rəhmət etsin. Özünü yaşada bilməsək də, əsas odur ki, səsini yaşadırıq. Rəhmətliyin sənətinə balet edən olmuşam, orada da "Yeyib-içən oğlan yaman olmaz"ı dedim".
Daha ətraflı videoda:

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var