Hər şeyə rüsum, hər şeyə cərimə, ödəniş..." - Deputatdan etiraz

Hər şeyə rüsum, hər şeyə cərimə, ödəniş..."Cərimələrin artırılması, əslində, vətəndaş üçün böyük bir yükdür. Bu səviyyədə cərimə artırılmaz. Çünki bu, doğru bir yanaşma deyil. Ona görə ki, cəriməni həddən artıq sərtləşdirəndə bu pul vətəndaşın cibindən çıxır. Vətəndaş yoxsullaşanda isə dövlət yoxsullaşır. Mən bu prinsipin əleyhinəyəm".
Bu sözləri Yenisabah.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yol hərəkəti ilə bağlı cərimələrin artırılması məsələsinə münasibət bildirib.
Xatırladaq ki, yol hərəkəti qanunlarının pozulması ilə əlaqədar cərimələrin 5 dəfədən çox artırılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri cərimə məbləğlərinin fantastik şəkildə artırılmasının əleyhinə olduqlarını söyləyiblər.
Məlumat üçün qeyd edək ki, avtomobil yollarının saxlanılması və qorunması qaydalarının (38.1) pozulmasına görə cərimələr yeni layihəyə əsasən, 5 dəfədən çox artırılıb.
Məsələn, məcəllənin hazırkı variantında vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.000 manatdan 2.000 manatadək məbləğdə cərimə edilirsə, dəyişikliklərə əsasən, vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər isə 2.000 manatdan 3.000 manatadək məbləğdə cərimə olunacaq.
Öz növbəsində, F.Mustafa söyləyib ki, son illər bu tendensiya daha da sürətlənməkdədir və ayrı-ayrı yerlərdə vəsait azlığı vətəndaş üzərindən edilməyə yönəlir:
"Bu da yanlış bir yanaşmadır. Əksinə, bacardıqca, vətəndaşın yükünü azaltmaq lazımdır. Yoxsa ki, hər şeyə rüsum, hər şeyə cərimə, ödəniş - bu, artıq normal yaşam imkanlarından kənara çıxır".
"Biri var, vətəndaş zəngin yaşaya, bu, başqa məsələ. Məsələn, ABŞ-da səhiyyə xərci adambaşına 10 min dollardır. Bizdə isə sadəcə 100 dollar. Əgər bir adam müalicəsi üçün normal dərman ala bilmirsə, yaxud həkimə gedə bilmirsə, bunun adı nədir?! Buna görə də bu kimi cərimələr vətəndaşlara çox böyük ziyan vurur. Qısası, cərimələrin bu qədər artırılması prinsipinin əleyhinəyəm", - deputat fikirlərini tamamlayıb. / azxeber.com

Sosial       Tarix: 07 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeber son xeberler azerbaycan en son xeberler bu gun