Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirildi - FOTO

Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirildi - FOTOHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib.
Bu barədə azxeber.com-a Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən "Dəniz Komando Təməl" və "Sualtı hücum xüsusi təyinatlısı" kurslarının növbəti buraxılış mərasimində iştirak edib.
Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edərək bu kursların dəniz piyadaları və xüsusi təyinatlılarının fərdi bacarıqlarının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini qeyd edən müdafiə naziri, Vətən müharibəsindən sonra aparılan yeni islahatların peşakar Ordunun formalaşmasına səbəb olduğunu vurğulayıb. 
Nazir qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Qardaş Türkiyədən olan peşəkar təlimatçıların da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə müdafiə naziri türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib.
Kurs birinciləri tərəfindən rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib. Fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı fəxri fərman, qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Müdafiə naziri Türkiyədə təşkil edilən "Dənizdə Qadağa Əməliyyatları" üzrə 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirməsindən müvəffəqiyyətlə keçən bölmənin komandirinə "Döyüşə hazır" sertifikatını təqdim edib.
Buraxılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra müdafiə naziri dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələsini, sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışlarını izləyib.
Sonra general-polkovnik Z.Həsənov dəniz xüsusi təyinatlıları ilə görüşərək Vətən müharibəsi zamanı onların şücaətinin təqdirəlayiq olduğunu bildirib. Dəniz xüsusi təyinatlılarının göstərdikləri qəhrəmanlıqlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin onların hər birinə yüksək dəyər verdiyini xüsusi vurğulayıb.
Sonda müdafiə nazirinə dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirildi - FOTOHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirildi - FOTOHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirildi - FOTOHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirildi - FOTOHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirildi - FOTOHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirildi - FOTO

Sosial       Tarix: 06 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun beynelxalq bank mezenne gunun xeberleri kriminal xeber