"Hesab edirəm ki, Əli Kərimli və ətrafı artıq bu söhbətlərə qayıtmaz" - Partiya funksioneri

"Azərbaycan siyasi standartları artıq dəyişib. 2019-cu ildən ölkəmizdə bütün sahələri əhatə edən siyasi-iqtisadi islahatlar heç şübhəsiz ki, siyasi səhnəyə və siyasi münasibətlərə də rəng qatmış oldu".
KONKRET.az.az xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli facebook hesabında yazıb.
O, qeyd edib ki, hökumətin yeni dialoq mühitində atdığı addımlar alqışlanasıdır:
"AXCP Ali Məclisin iclasını keçirtmək üçün hökumətdən yardım istədi. Hökumət də öz növbəsində Əli Kərimlinin xaişini, bəlkə də yalvarışını nəzərə alaraq Nizami Gənclər Evini ayırdı. Niyə yalvarış? Çünki 2020-ci ilin əvvəllərindən başladılmış siyasi dialoqdan imtina etmək görüntüsü yaratmağa çalışmış Əli Kərimli – inkarçılıq, prosesə ləkə yaxma siyasətini davam etdirməyə çalışdı. Öz siyasi hikkəsini partiyasının maraqlarından üstün tutma yolu seçdi. Dialoq prosesində iştirak edən partiyaları öz aləmlərində aşağılamağa çalışdılar. Prosesdə iştirak etmiş barışıq və dialoq tərəfdarı olan partiya liderlərini "avtobus müxalifəti" adlandıraraq rişxənd etməyə çalışdılar…Sonda nə baş verdi? Sonda Əli Kərimli və inkarçı ətrafı "gənclər evi"nə sığınmağa məhkum oldu… Arxadan atılan daş topuğa dəyər deyiblər", – deyə partiya funksioneri əlavə edib.
Aslan Həmidli bildirib ki, həqiqətən də ölkə rəhbərliyi bu addımı ilə bir daha böyüklüyünü və apardığı siyasətin sağlam dayanıqlığını göstərmiş oldu:
"İqtidar yekdilliləri bir daha göstərdi ki, 2020-ci ildən başladılmış dialoq necə də sağlam köklərə dayanır. Hesab edirəm ki, Əli Kərimli və ətrafı bundan sonra "avtobus müxalifəti", "əyilməyən yeganə lider" söhbətlərinə bir daha qayıtmaz. Çünki mövzu əyilməkdirsə Şuşa qalasından əyilib işğaldan azad edilmiş vətən torpaqlarına baxmaq daha şərəflidir nəyin ki, əyilərək hansısa zala girmək….", – deyə partiya funksioneri qeyd edib.
KONKRET.az 

Siyasi       Tarix: 04 aprel 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri sonxəbərlər sosial yardim meherremlik 2026