Heydər Əliyev Beynəlxalq Aeroportu Pakistandan yerinə yetirilən ilk müntəzəm reysi qəbul edib - FOTO/VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportu Pakistandan yerinə yetirilən ilk müntəzəm reysi qəbul edib - FOTO/VİDEOHeydər Əliyev Beynəlxalq Aeroportu Pakistandan yerinə yetirilən ilk müntəzəm reysi qəbul edib - FOTO/VİDEO
Heydər Əliyev Beynəlxalq Aeroportu 16 mart tarixində "Pakistan International Airlines" aviaşirkətinin ilk sərnişin reysini qəbul edib.
Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aviasiya ənənəsinə görə, salamlama əlaməti olaraq təyyarə su tağı ilə qarşılanıb.
Bu həftədən etibarən Pakistan aviadaşıyıcısı Kəraçi və Lahor şəhərlərindən Bakıya həftədə iki dəfə uçuşlar həyata keçirəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk reys münasibətilə AZAL rəhbərliyinin və "Pakistan International Airlines" aviaşirkətinin iştirakı ilə tədbir keçirilib.
AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin çıxışında qeyd edib ki, yeni marşrut Azərbaycanla Pakistan arasında dostluq əlaqələrini möhkəmləndirəcək. "Gələcəkdə bu marşrut iki ölkənin işgüzar və turizm əlaqələrinin inkişafı üçün möhkəm təməl olacaq, həmçinin Bakı hava limanı vasitəsilə digər ölkələrlə rahat uzlaşmanı təmin edəcək. Perspektivdə AZAL aviaşirkəti həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır", - deyə o bildirib.
Eldar Hacıyev həmçinin qeyd edib ki, Azərbaycanın bütün hava limanlarında xarici aviaşirkətlər üçün beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı tətbiq edilir. Bu azadlıqlar bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir.
Öz növbəsində, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi qeyd edib ki, hava əlaqəsinin başlanması tarixi hadisədir və ölkələr arasında dostluq münasibətlərinin və mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. "Bu, həmçinin ölkəmizin Azərbaycanla uzunmüddətli münasibətlərdə maraqlı olmasının təkzibedilməz sübutudur. İki qardaş ölkə arasında hava əlaqəsi hər iki dövlətin turizm potensialının inkişafına yeni təkan verəcək və Azərbaycan və Pakistanın iş adamları arasında əlaqələri genişləndirəcək", - deyə diplomat qeyd edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov qonaqları salamlayaraq, Azərbaycan-Pakistan münasibətlərinin möhkəmləndirilməsi işində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. O, gələcəkdə iki ölkənin şəhərləri arasında reyslərin sayının artırılacağına ümid etdiyini bildirib.
"Pakistan International Airlines" aviaşirkətinin baş icraçı direktoru Arşad Malikin sözlərinə görə, reyslərin yerinə yetirilməsi iki xalqı yaxınlaşdırmaq üçün mühüm körpüdür.
"Azərbaycan böyük turizm potensialına malik olan gözəl ölkədir. Hava əlaqəsi ölkələrimizi daha da sıx birləşdirəcək və eyni zamanda, bütün sahələrdə, o cümlədən ticarət və turizm sahələrində sahibkarlar üçün yeni imkanlar açacaq", - deyə o qeyd edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda "Pakistan International Airlines" aviaşirkətinin ilk reysinin necə qarşılandığını videoçarxda izləyə bilərsiniz: 

Heydər Əliyev Beynəlxalq Aeroportu Pakistandan yerinə yetirilən ilk müntəzəm reysi qəbul edib - FOTO/VİDEOHeydər Əliyev Beynəlxalq Aeroportu Pakistandan yerinə yetirilən ilk müntəzəm reysi qəbul edib - FOTO/VİDEOHeydər Əliyev Beynəlxalq Aeroportu Pakistandan yerinə yetirilən ilk müntəzəm reysi qəbul edib - FOTO/VİDEO

Turizm       Tarix: 16 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun axsam az xeberler ən son xəbərlər bugün xeber.az bu gun