Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.
azxeber.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
"Yeni il möcüzəsi" adlı bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin övladları dəvət alıblar.
Bayram ovqatı ilə bəzədilən "Gülüstan" sarayında uşaqları nağıl qəhrəmanları qarşılayıb. "Face Art" vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıblar.
Uşaq bayramı videoçarxın nümayişi ilə başlayıb. Balacaların ən böyük dostu və himayədarı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə yeni nəslə qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını uşaqlarla birlikdə keçirməsindən bəhs edən görüntülər maraqla izlənilib. Videoçarxda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən də maraqlı anlar əks olunub.
Uşaqlara təqdim edilən əyləncələrlə dolu səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək üzərində qurulub: xoşniyyətli insanların hər zaman qələbə çaldığı göstərilir.
Yeni il ovqatlı sarayda uşaqlar bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində rəqs edib, mahnı ifa edərək keçiriblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Fondun ənənəvi Yeni il şənlikləri də məhz həmin kateqoriyadan olan uşaqları sevindirmək məqsədilə təşkil edilir.
İyirmi bir il ərzində Fondun keçirdiyi Yeni il şənliklərində qayğıya ehtiyacı olan minlərlə uşaq iştirak edib.
Əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edibHeydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Sosial       Tarix: 27 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2026 xeberler bugun azerbaycanda son xeberler xeberler bu gun