Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOMayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur.
azxeber.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib.
Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.
Görüşdə Fond tərəfindən təhsil və mədəniyyətin inkişafına, Azərbaycanla yanaşı, digər ölkələrdə humanitar sahədəki layihələri, xalqlar və dinlərarası yaxınlaşmaya yönələn fəaliyyət qeyd olunub. İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəmin yaradacağı bildirilib.
2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Heydər Əliyev Fondunun işğaldan sonra tarixi dini və mədəni abidələrin qorunması, bərpası istiqamətində qısa müddətdə apardığı işlərin mədəni-tarixi irsin yaşadılması baxımından əhəmiyyəti qeyd olunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq müzakirə edilib.
Sonra ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Şuşada tarixi-dini abidələri ziyarət edib, işğal zamanı burada törədilmiş erməni vandalizminə dair faktlarla tanış olub.
Xatırladaq ki, Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan ICESCO-nun 1991-ci ildən üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Təşkilat Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edir. Eyni zamanda, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ISESCO arasında səmərəli əməkdaşlıq qurulub.
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOHeydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO

Sosial       Tarix: 11 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər meherremlik 2026 cəbhədən görüntülər en yeni xeberler