"Heydər Əliyev mənə dedi ki…" – Ermənistanın keçmiş baş nazirindən "kaş o vaxt razılaşaydıq" AÇIQLAMASI

Ermənistanın Azərbaycana ərazi iddialarına başlamasından 36 il keçir. 1988-ci ilin fevralında təməli qoyulan münaqişə hələ də davam edir. Düzdür, Qarabağ məsələsi həll olunub, amma iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.
KONKRET.az xəbər verir ki, 1998-ci ildən1999-cu ilə qədər Ermənistanın baş naziri olmuş Armen Darbinyan son müsahibəsində o dövrdə onlara edilən təkliflərdən boyun qaçırmalarını yanlış addım adlandırıb. Keçmiş baş nazir bildirib ki, Ermənistanın təkliflərdən boyun qaçırmasında respublikanın o vaxtkı hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır:
"Mən Heydər Əliyevlə beynəlxalq konfransların birində görüşdüm. Azərbaycan Prezidenti bildirdi ki, hər iki tərəfə sülh lazımdır. Mənə elə gəlirdi ki, ilk addımı Ermənistan hakimiyyəti atmalıdır. Biz bütün imkanlardan istifadə edib münaqişəni o vaxt həll etməliydik. Biz isə gələcəkdə daha çox şeyə nail olacağımıza inanırdıq. Amma tarix göstərdi ki, hadisələri düzgün qiymətləndirə bilmədik. Biz məsələni dərhal həll etməliydik. Bir dəfə mən Rusiyanın baş naziri Sergey Primakovla görüşəndə o mənə dedi ki, münaqişənin həllini uzatmayın və gələcək sizin üçün yaxşı heç nə vəd etmir. O haqlı imiş.
1997-ci ildə Levon-Ter Petrosyan deyəndə ki Ermənistan indi ona təklif olunanları qəbul etməsə, gələcəkdə çox şey itirəcək, ona inanan olmadı. Əslində, onun dediklərində həqiqət var idi. Təəssüf edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və xalq Levon-Ter Petrosyanın təkliflərini qəbul etmədi və o, istefa vermək məcburiyyətində qaldı".
Daha sonra Ermənistan- Rusiya münasibətlərinə toxunan Darbinyan bildirib ki, iki ölkə arasında bir qədər xoşagəlməz vəziyyət yaranıb:
"Ermənistan-Rusiya münasibətlərinin bu həddə çatmasında hər iki tərəfin günahı var. Güman edirəm ki, artıq dayanmağın və oturub müzakirə etməyin vaxtıdır. Mən Qərbin diqtəsiylə Ermənistanın Rusiyanı regiondan çıxaracağına inanmıram.
Yadınızdan çıxartmayın ki, Rusiya öz xoşuna heç hara gedən deyil. Rusiya ilə danışıq aparmağı bacarmaq lazımdır. Bizdə Rusiya ilə danışmağı bacaran siyasətçi yoxdur. Mənə elə gəlir ki, Rusiya öz xarici siyasətində Ermənistana qarşı ciddi səhvlərə yol verir. Ən böyük səhv isə Ermənistana öz ərazisi kimi baxmasıdır. Mən buna təəssüf edirəm.
Bilirsiniz, bu gün bizim Rusiya ilə ciddi problemlərimiz mövcuddur. Biz hələ də Moskvaya sübut edə bilməmişik ki, suveren Ermənistanın varlığı onlar üçün necə əhəmiyyətlidir. Onilliklər ərzində biz buna nail ola bilmədik. Yalnız Yeltsinlə Petrosyanın dövründə qarşılıqlı anlaşma erməni xalqını qane edirdi".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 07 fevral 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar bugun xeberler idman xeberleri son xəbər