Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir

Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdirÜmummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
1991-ci il 30 avqust tarixə Azərbaycanın müstəqillik təməllərinin atıldığı gün kimi həkk olunmuşdur. Xaosun hökm sürdüyü bir dövrdə nizam-intizam yaratmaq heç də asan deyildi. 
Heydər Əliyev Azərbaycan xalqının böyük təəssübkeşi kimi totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə ölkəmizi Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmişdi. Buna görə də xalq inanırdı ki, Ümummilli Lider hakimiyyətə gəlsə, Azərbaycanı bu vəziyyətdən çıxaracaq. Odur ki, təkidlə Heydər Əliyevi Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmağa çağırırdı. 
Ümummilli Lider  3 sentyabr 1991-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında demişdir: "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm". 
Azərbaycan SSR və Naxçıvan MSSR  Ali Sovetlərinə 30 sentyabr 1990-cı il tarixində deputat seçilən Ulu Öndər Respublikanın müstəqilliyi üçün önəmli addımlar atmağa başlamışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan  Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərarın  qəbul edilməsi vacib tarixi bir addım idi. Qərarda Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq, yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təkliflərinin də yer alması müstəqil bir dövlət kimi sübutumuz idi. Bundan başqa, sessiyada Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin götürülməsi qərarının qəbulu cəsarətli addımlardan idi. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması redaktə xarakterli düzəliş yox, siyasi sistemini sovetlər üzərində quran bir ölkənin strukturunda dəyişikliyi demək idi.  Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi. 
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil edərək böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini qeyd edərək, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini vurğuladı. Bu çağırış xalqda ruh yüksəkliyi yaratdı. 
Dövlətimizin adının "Azərbaycan Respublikası" adlandırılması müstəqilliyimizin bəyanatı oldu. 
Ulu Öndər Heydər Əliyevin 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxması birbaşa köhnə  dövlət strukturundan imtina idi. O, SSRİ Nazirlər Kabineti partiya təşkilatına ərizəsində qeyd edirdi: "Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistanla  Azərbaycan arasında elan edilməmiş müharibə gedir... bütün bunlar "humanist ideologiyalı" Sovet dövləti üçün adi haldır". 
1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.
1991-ci il avqustun 30-da  Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edilmişdir. Bəyannamə "müstəqilliyin bərpa edilməsi" ifadəsi respublikamızın müstəqillik tarixinin daha qədimə söykəndiyini və Xalq Cümhuriyyətinin varisi olduğunu sübut edir. Bəyanat Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək verilmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq aktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması üçün bu bəyanat bir başlanğıc idi.
Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırmışdır: "1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı".
Ulu Öndər Heydər Əliyevin Ali Məclisin sədri vəzifəsinin icrasına başlayandan sonra qəbul etdiyi Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addımlardan oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunmuşdur. 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş Konstitusiya Aktında deyilirdi: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".
Bütün bu tarixi qərarlar Azərbaycanın müstəqilliyinin möhkəm təməlinin qoyulmasına səbəb olmuşdur. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin və milli-mənəvi dəyərlərin əsaslarına uyğun olaraq demokratik və güclü bir dövlətə çevrilmişdir. Onun bənzərsiz siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, əzmi və uzaqgörənliyi sayəsində milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək problemlər bir-birinin ardınca həll edilməyə başlandı, dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı.
Səhər Orucova
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru / azxeber.com

Siyasi       Tarix: 02 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda son xeber az az xeber ən son xəbərlər