Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır

Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır31 illik tarixi yolda xalqa və vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək, dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında müstəsna rol oynayıb. Əlbəttə ki, YAP-ın keçdiyi yolda əldə olunan qələbələrin kökündə Ümummilli Lider Heydər Əliyevin ideyaları, Onun tərəfindən müəyyənləşdirilmiş strateji xətt, inkişaf strategiyası dayanır.
YAP iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib və ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Ulu Öndərin yaradıcısı olduğu YAP-ın ölkədə özbaşınalığın, xaos və anarxiyanın  hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradılması zərurət idi. 1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun başlanğıcı oldu. Bu elə bir dövr idi ki, ölkə ərazisində gedən müharibə, idarəçiliyin yoxluğu, səriştəsiz insanların rəhbərlikdə olması, daxili qarşıdurma Azərbaycanı parçalanma və vətəndaş müharibəsi təhlükəsi qarşısında qoymuşdu. Partiyanın yaradılması və uğurlu siyasi fəaliyyət göstərməsi ilə ölkəmiz xaos və hərc-mərclikdən xilas olundu və ölkəmizə demokratik ənənələr gətirildi. Bu günün reallıqları tamamilə fərqlidir. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən YAP Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sədrliyi ilə 31 illik yubileyini böyük uğurları ilə qeyd edir.
Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Partiyanın VII Qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın tarixində yaddaqalan məqamlarla həkk olundu. Partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi və həmin dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atmışdı. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. YAP-ın VII Qurultayı həm ölkəmiz, həm də partiya üçün əlamətdar və mühüm ictimai-siyasi hadisəyə çevrildi. VII Qurultayda partiyanın yeni hüquqi-normativ sənədləri qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapmış oldu. Azərbaycan Prezidenti İlham Əliyev Qurultayda çıxışı zamanı bildirdiyi kimi, "Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində.
Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın." Qurultayda partiyanın daha təkmil idarəetmə forması müəyyən olundu. Xüsusilə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini təyin edilməsi yeni mərhələdə Yeni Azərbaycan Partiyasının inkişafına təkandır və bu partiyanın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni, Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar yaradır. "İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır" – deyən Cənab Prezident bildirib ki, bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır:"Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb".
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Müəzffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda, yeni reallıqlar yaratdı. Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. 
Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır.
Könül Aslanova, filologiya üzrə fəlsəfə doktoru / azxeber.com

Siyasi       Tarix: 21 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb. xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının il

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti paspor

Tokayev və Japarov "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Qazaxıstan Prezidentini

Maqdalena Qrono Azərbaycan rəsmiləri ilə danışıqlarda müzakirə olunan məsələləri açıqlayıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıya səfəri zamanı Azərbaycan rəsmiləri ilə görüşlərində regional prosesləri, Aİ-Azərbaycan münasibətlərini, eləcə də Azərbayca

ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki

ABŞ və İran arasında son dövrlər müşahidə olunan hərbi-siyasi gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında atəşkəsin vaxtaşırı pozulması və qarşılıqlı ittihamlar "bu qarşıdurm

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB

Ermənistan İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına cavab verməyəcək. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Biz cavab verməyə ehtiyac görmürük, çünki inanırı

Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir

Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır. xəbə

Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal

Ermənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür. xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediad


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən ən son xəbər son xeber az cəbhədən canlı