Heykəli "qıdıqladı" – Məcburi əməyə məhkum edildi
Volqoqrad vilayəti məhkəməsi 2023-cü ilin yayında "Ana Vətən" abidəsini "qıdıqlayan" Alena Aqafonovanı nasizmi reabilitasiya etməkdə təqsirli bilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə region məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Məhkəmənin hökmü ilə Aqafonova Cinayət Məsəlləsinin 354.1. maddəsinin 4-cü hissəsi üzrə qazancının 10 faizini dövlətə köçürməklə 10 aylıq məcburi əməyə məhkum edilib. Həmin maddə üzrə maksimum cəza beş il həbsi nəzərdə tutur.
Bundan başqa, məhkəmə yaxın iki il ərzində ona sosial şəbəkədə ictimai məlumatları yerləşdirməklə bağlı fəaliyyətlə məşğul olmağı qadağan edib.
Mətbuat xidməti hökmün hələ qanuni qüvvəyə minmədiyini və apellyasiya şikayəti verilə biləcəyini bildirib. Qız istintaq təcridxanasından yaşayış yerini tərk etməmək şərtilə sərbəst buraxılıb.
2023-cü ilin iyulunda Aqafonova sosial şəbəkədə bir video yayımlayıb. Videoda onun "Ana Vətən" abidəsini qıdıqladığı təəssüratını yaranıb. Bu, Volqoqrad prokurorluğunin diqqətini çəkib.
İstintaq Komitəsi hesab edib ki, qız "sovet xalqının cəsarət rəmzini təhqir edən əxlaqsız və kinli hərəkətlər edib". Bundan başqa, o, istintaqdan gizlənməyə çalışıb – Rusiyanı tərk etdikdən sonra axtarışa verilib. Aqafonova 2024-cü il fevralın əvvəlində ölkəyə qayıdanda saxlanılıb və həbs edilib. O, bildirib ki, o, "heç bir halda "Ana Vətən" heykəlini dolamaq istəməyib", "axmaqlıq" edib və əməlindən peşmandır.
Xatirə SADİQ,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi