"Həzrət Abbas haqqı" və İran səhiyyəsinin iç üzü

İran qapalı və hətta açıq olan informasiyalarla bağlı kifayət qədər məharətlə manipulyasiya etməyi bacaran ölkədir.
Əslində, burada təəccüblü heç nə yoxdur. Rejimin daxili ictimai rəyə və ətrafa bütün təsir və təzyiq metodları elmi izahı olmayan qondarma ehkamlar, saxta, mənbəyi bilinməyən hekayələr üzərində qurulub. Bu ölkədə ölçülə bilən heç nə yoxdur, yalanla doğrunun kələfi 1979-cu ildən başlayaraq, bir-birinə qarışıb. Həqiqətin və azadlığın ölçü vahidi statistik məlumatlar, tarixi faktlar, elmi mənbələr, müqayisəli təhlillər, insan hüquqları deyil, məsələn, "Həzrət Abbas haqqı"dır. İranda səhiyyənin "möhtəşəmliyi", həkimlərin "məharəti", dərmanların "keyfiyyəti" haqqında deyilənlər də, elə bu qəbildəndir. Bu ölkədə səhiyyənin real durumu haqqında elmi araşdırmalar, demək olar ki, yox dərəcəsindədir. Rejim təbliğatçılarının bəsit, əttökən, təbliğat xarakterli və ara-sıra gözə dəyən yazılar istisnadır, şübhəsiz. "Qurşaqdan aşağı", yaxud "həyatın dibində"ki şaiyə şəbəkələri fasiləsiz və tayı-bərabəri olmayan yalanları durmadan üyütməkdədirlər. Amma nə olsun, bəzən "and olsun Əbəlfəzl Abbasın qələm qollarına", baba, İrandakı həkimlərdən heç harda yoxdu..." kimi cəhalət metaforaları mollaxanının səhiyyə "butaforiyası"nı ən son nailiyyət kimi təqdim etməyi bacarır. Və buna inanıb sonuncu qəpiyini "səhiyyə cənnəti"nə "qəbz" almaq üçün xərcləyənlər də tapılır.
İndi keçək ölçülə bilən mətləblərə... O mətləblərə ki, hətta klassik ehkamlar üzərindən içilən andlar da keçərli deyil.
..."İran" adlanan ölkənin mollaxanaya çevrilməsi prosesinin ilk 6-9 ayı ərzində bu ölkənin sərhədlərini, təxminən 5 milyon nəfər tərk edib. Elm adamları, yüksək kvalikasiyalı həkimlər, mühəndislər, kəsəsi şərin nəfəsini duya, baş verənlərin mahiyyətini dərk edə bilən hər kəs baş götürüb gedib bu (v)İran(ə)dən...
Elə indi də, əlinə imkan düşən evini, xalça-palazını satıb qaçır.
Müxtəlif mənbələrdən əldə etdiyim və müqayisəyə imkan verən məlumatlara görə, hər il İrandan 150 min ali təhsilli şəxs başqa ölkələrə köçür. Təkcə 2018-ci ildə 3 min həkim İrandan həmişəlik gedib. 2019-2020-ci illərdə bu göstərici 6500 nəfər təşkil edib. Mənzərə aydın olsun deyə, qeyd edim ki, hər il İranın ali təhsil müəssilərinə, tibb ixtisasları üzrə təxminən 14 min nəfər daxil olur. Bu ixtisasların əksəriyyəti yüksək ödəniş tələb etdiyi üçün tibb sahəsi üzrə universitetlərə qəbul olan şəxslərin demək olar ki, yarısı təhsilini başa vura bilmir. Təhsilini başa vurub xarici ölkələrdə təcrübə keçənlər, bir qayda olaraq geri qayıtmırlar. Geri qayıdanların bir hissəsi isə ixtisası üzrə çalışmaqdan imtina edir. Bu səbəbdən də, hazırda İranın nəinki əyalətlərində, hətta mərkəzi şəhərlərində belə həkim çatışmazlığı yaşanmaqdadır və rejim bu problemin həllini tibb ixtisası üzrə universitetlərə qəbul olan şəxslərin üzərinə müəyyən öhdəliklər qoymaqda, yaxud tibb mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət tətbiq etməkdə görür.
Son illər, xüsusilə də 2018-ci ildən başlayaraq, İranın səhiyyə sisteminin yaşadığı problemlərdən biri də dərman və tibb ləvazimatlarının çatışmazlığı ilə bağlıdır. Ərzaq məhsulları və dərmanlara nəzarətin təşkili üzrə təsisatın (İFDA) rəhbəri Seyid Heydər Mohammadinin bu ilin yanvarında İranın vitse-prezidentinə ünvanladığı müraciətdə ölkəyə dərman və tibb ləvazimatlarının, o cümlədən avadanlıqların gətirilməsi üçün ciddi valyuta çatışmazlığının yaşandığı bildirilir. Şübhəsiz ki, bu rəsmi məlumatdır, reallıqda isə vəziyyət daha acınacaqlıdır.
Təxminən 10 il öncə dünya reytinqində 18-ci sırada dayanan İran səhiyyəsinin 2022-ci ilin göstəricilərinə görə, "Blomberg"in bütün dunyada qəbul olunan sıralamasında 69-cu sıraya enməsi bu ölkənin səhiyyə sisteminin gündən-günə geriləməsindən xəbər verir. Dünyanın səhiyyə sistemləri üzrə ən böyük məlumat bazasının yer aldığı "Numbeo"nun sıralamasında isə İran səhiyyəsi 75-cı sırada qərar tutur. Bütün bu göstəricilər, hətta İranın özünün də etimad etdiyi mərkəzlərin konkret faktlara və statistik rəqəmlərə söykənən elmi araşdırmalarının ortaya çıxardığı nəticələrdir. Bu o deməkdir ki, dünya reytinqlərində "Həzrət Abbasa and içməklə" yüksək göstəricilərə nail olmaq mümkün deyil.
Son olaraq qeyd edim ki, BMT-nin təqdim etdiyi statistik məlumatlara görə, hazırda İranda yazıb-oxuya bilməyənlərin - sabadsızların sayı 9 milyon nəfərdən çoxdur, yəni təxminən Azərbaycan Respublikası vətəndaşlarının sayı qədər. Bu İran əhalisinin təxminən 11%-ni təşkil edir. Azərbaycanda isə savadlılıq göstəricisi az qala 100%-ə yaxındır.
İndi savadlı adamsınız, özünüz nəticə çıxarın...
Elçin Mirzəbəyli / azxeber.com

Sosial       Tarix: 09 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı

Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü

Qlobal enerji bazarlarında neftin qiymətində eniş tendensiyası davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,67 dollardan, ABŞ-ın yüngül xam nefti (WTI) isə 75,62 dollardan satılır. Nef

​Yay aylarında bu balıqları yeməyin

Sağlam və balanslı qidalanmanın əsas şərtlərindən biri olan balıq, tərkibindəki omeqa-3, vitamin və minerallarla hər fəsildə süfrələrimizin bəzəyinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yay aylarında dəniz suyunu

60 yaşlı kişi kanalda batdı

Ağdaş sakini kanalda boğularaq ölüb. Hadisə iyunun 17-si saat 10 radələrində rayonun Qarağan Şıxlar kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Zahir Zakirov kəndin ərazisindən keçən Şirvan su kanalına düşüb. Z.Zakirovu

Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub

İyunun 22-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir. xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov "Teleqraf"

Yeni tikilmiş binalarda ev alanları gözləyən sürpriz

Yeni tikililərdən mənzil alan vətəndaşların bir hissəsi sonradan müxtəlif problemlərlə üzləşdiklərini bildirirlər. Bu problemlər tikintinin keyfiyyətindən tutmuş sənədləşmə, layihə dəyişiklikləri, parking çatışmazlığı v

Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. xəbər verir ki, 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətil

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb. xəbər verir ki, "Comex" birjasını


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun kriminal xeberler sou xeberler bugun xəbərlər.com