Hikmət Hacıyev: "Azərbaycanla İsrail arasında möhkəm dostluq əlaqələri var
"Azərbaycan və İsraili möhkəm dostluq əlaqələri, strateji tərəfdaşlıq birləşdirir. Hazırda iki ölkə arasında əməkdaşlıq dinamik inkişaf edir".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "I24NEWS" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı yeni səviyyəyə qaldırıb:
"Əməkdaşlığın inkişafı üçün ikitərəfli əlaqələr, yüksək səviyyəli səfərlər çox vacibdir. İsrailin hazırkı Baş naziri və Prezidenti, eləcə də ölkənin bir sıra nazirləri Azərbaycanda səfərdə olub. Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinin nümayəndələri, yüksək vəzifəli şəxslər mütəmadi olaraq İsrailə səfər edirlər. İki ölkə hökumətləri arasında münasibətlərin belə dinamikası və yüksək səviyyəli rəsmi səfərlər Azərbaycan ilə İsrail arasında əməkdaşlığın mühüm tərkib hissəsidir".
Müsahibə zamanı Azərbaycan Prezidentinin köməkçisi İsrail Dövlətinin Müstəqillik Günündə Prezident İsxak Hersoqun Azərbaycana səfərini xatırladıb: "Biz bunu yüksək qiymətləndiririk" - H.Hacıyev vurğulayıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ