Hikmət Hacıyev: "Ermənilərlə barışıq baş tuta bilər, amma Ermənistan tərəfdən çox şey asılıdır

Hikmət Hacıyev: "Ermənilərlə barışıq baş tuta bilər, amma Ermənistan tərəfdən çox şey asılıdır".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Arab News"a müsahibəsində deyib.
O, "Sülhə nail olmaq üçün nə edilməlidir?" sualına cavabında qeyd edib ki, hazırda top Ermənistanın meydançasındadır: "Azərbaycan sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zülmlərlə bağlı səhifəni çevirmək istəyir. Biz həqiqətən sülh içində yaşamaq istəyərik. Amma top Ermənistan Respublikasının meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar.
Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı bizi çox yüksək qiymətləndirdiyimiz Vaşinqtonun təqdim etdiyi platformada sülh müqaviləsi danışıqları yolundan çıxardı. Halbuki, çox mühüm irəliləyiş əldə etmişdik. Sənədin demək olar ki, 70 faizi ilə müəyyən mənada razılaşmışdıq".
Hikmət Hacıyev bildirib ki, sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək.
Prezidentin köməkçisi onu da əlavə edib ki, Ermənistanın Baş naziri hələ də Azərbaycan ərazisindəki qanunsuz rejimi maliyyələşdirir: "O, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də Ermənistan silahlı qüvvələrini bizim ərazimizdə saxlayır və ərazimizdəki qanunsuz rejimi maliyyələşdirir".
Sülhlə bağlı daha səmərəli mexanizmin olub-olmaması barədə suala cavabında isə H.Hacıyev məsələdə aktiv iştirak etməkdə maraqlı olan təşkilatlardan söz açıb və onlardan birinin digərindən üstün tutulmadığını vurğulayıb: "Müxtəlif platformalar var. Birini digərindən üstün tutmuruq. Bizim yanaşmamız ondan ibarətdir ki, yerdə real sülhə töhfə verməyə hazır olan hər kəs xoş qarşılanacaq.
Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən dəstəklənən Brüssel formatı var. Bu, çox yüksək qiymətləndirilir. Çünki Ermənistan və Azərbaycan arasında normallaşdırma şurası üzrə sülh müqaviləsi danışıqlarının mühüm elementləri məhz həmin platformada formalaşıb.
Bundan başqa, biz ABŞ hökumətini, xüsusən də dövlət katibi Antoni Blinkenin sülh müqaviləsi müzakirələrində şəxsi iştirakını yüksək qiymətləndiririk. Onlar çox şey ediblər.
Həmçinin, Rusiyanın da rolunu inkar edə bilmərik. Rusiya həm də ona görə töhfə verir ki, regionun bir hissəsidir və həm Ermənistan, həm də Azərbaycanla tarixi əlaqələri var".
Azərbaycanlılarla ermənilərin tarixdə olduğu kimi yenidən mehriban şəkildə yaşamalarının mümkünlüyü barədə suala gəldikdə Hikmət Hacıyev barışığın münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biri olduğunu söyləyib. Lakin onu da diqqətə çatdırıb ki, belə bir ehtimal var, sadəcə gələcəklə bağlı dəqiq bir proqnoz vermək çətindir: "Bu, yenidən baş verə bilər, amma proqnoz vermək həmişə çətindir. Barışıq, həqiqətən də, hər bir münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biridir. Azərbaycanda yüzminlərlə ailə öz yaxınlarını itirib, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təsəvvür edin ki, insanlar öz evlərinə qayıdır və orada xarabalıqlar görürlər. Bu, asan deyil. Cavab axtarırlar. Cavab yoxdur, çünki erməni tərəfdən heç kimin "xahiş edirik, bizi bağışlayın. Bütün səhvlərimizə görə üzr istəyirik" deməyə cəsarəti çatmayıb.
Ermənistanda Azərbaycana qarşı bədnam əməllər törədən şəxslərə qarşı bir dənə də olsun iş açılmayıb. Ədalətli mövqe də insanlara müsbət siqnal verə bilər. Bəli, mən hesab edirəm ki, barışıq mümkündür, amma bu, vaxt aparacaq. Ermənistan tərəfdən çox şey asılıdır".

Siyasi       Tarix: 06 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli apa.az xeberler valyuta mezennesi banklar cəbhədən son məlumat