Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışdı

Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışdıArtıq Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri başlayıb.
KONKRET.azxəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz" panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Biz artıq Antalya Diplomatiya Forumuna sülh gündəliyi ilə gəlirik. Regionda artıq əvvəlki kimi müharibə və qarşıdurma yoxdur. Azərbaycan Vaşinqton sammitinin həm məzmununa, həm də ruhuna sadiqdir. Donald Trampın iştirakı ilə Ermənistan–Azərbaycan normallaşma prosesi dəstəklənib və iki ölkə arasında normallaşma sazişi paraflanıb.
Biz həm də başa düşürük ki, dövlətlər arasında gözəl sənədlər qəbul oluna bilər, lakin bu sənədlər yalnız kağız üzərində qalmamalıdır. Əsas məsələ praktik addımların atılmasıdır və Azərbaycan bu istiqamətdə konkret addımlar nümayiş etdirib. Biz Ermənistan tərəfi ilə praqmatik qarşılıqlı fəaliyyət quraraq sülh gündəliyini real müstəviyə keçirməyə, onu möhkəmləndirməyə və konkret tədbirlərə çevirməyə çalışırıq ki, bu da iki ölkə arasında etimadın formalaşmasına zəmin yaratsın. Bu kontekstdə birinci istiqamət üzrə irəliləyiş müsbət gedir və biz digər istiqamətlər üzrə də dinamikanı artırmağa çalışırıq. Eyni zamanda, Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri artıq başlayıb. Bu kimi addımlar bir neçə il əvvəl görünməmiş hesab olunurdu, lakin indi bu, reallığa çevrilir", – deyə Hikmət Hacıyev qeyd edib.

Siyasi       Tarix: 18 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər xeber az oxu.az xeberler sonxəbərlər