Hikmət Mirzəyevin yerinə bu general gətirilir
General-leytenant Hikmət Mirzəyevin Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı vəzifəsinə təyin edilməsi müzakirəsiz ötüşməyib. Hazırda ən çox maraq doğuran sual isə XTQ-nin yeni komandanının kim olacağıdır.
KONKRET.az bildirir ki, bu postu tutmağa layiq olan xeyli peşəkar zabit var. Hərbi ekspertlər də o fikirdədir ki, H. Mirzəyev XTQ-yə rəhbərlik etdiyi uzun illər ərzində öz yerini tutmağa layiq olan bir neçə yüksək rütbəli hərbçi yetişdirib.
Adının çəkilməsini istəməyən keçmiş yüksək rütbəli zabitlərdən biri saytımıza ən şanslı namizədin kimliyini açıqlayıb. Mənbə deyib ki, XTQ-nin yeni komandanı general-mayor Akif Pirverdiyev ola bilər.
Qeyd edək ki, Akif Səməndər oğlu Pirverdiyev peşəkar hərbçidir. Onun karyerasının əsas dövrü Müdafiə Nazirliyi ilə bağlıdır. A.Pirverdiyev polkovnik rütbəsini daşıdığı dövrdə Müdafiə Nazirliyində yüksək vəzifə tutub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 iyun 2022-ci ildə general-mayor rütbəsinə layiq görülüb, "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
H. Mirzəyev Quru Qoşunlarının komandanı-müdafiə nazirinin müavini təyin olunandan sonra A.Pirverdiyev onun vəzifəsini icra edir.(yenisabah)

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı