Himayəsində yaşadığı şəxsi bıçaqlayıb öldürüb: Saatlıdakı qətlin təfərrüatları
Saatlı şəhərində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
"Report"un məlumatına görə, hadisə 4 iyun, gecə saat 01:00 radələrində Saatlı şəhəri, Axundov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu aralarında yaranmış mübahisə zamanı xalasının əri, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğluna yaşadıqları evdə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Sərxoş olan E. İsmayılov hadisə yerində keçinib. Məlumata görə, K. Nərimanzadə uşaqlıqdan anasını itirdiyi üçün xalasının himayəsində yaşayıb.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır