Hindistan da Türkiyəyə tərəf yönəldi: Hədəf Azərbaycandan keçən dəhlizdir

Hindistan da Türkiyəyə tərəf yönəldi: Hədəf Azərbaycandan keçən dəhlizdirKeçən il Ankarada təşkil edilən ilk "Hindistan – Türkiyə" konfransı iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün başlanğıc nöqtəsi olmalı idi. Lakin liderlər arasındakı ideoloji fərqlərə baxmayaraq sürətlə inkişaf edən ticarət əlaqələri, cəmi bir neçə ay sonra kəskin böhranla üzləşdi.
KONKRET.az xəbər verir ki, ötən ilin mayında Kəşmirdə baş verən və 26 dinc sakinin ölümü ilə nəticələnən hücum Hindistan və Pakistan arasında döyüşlərin yenidən alovlanmasına səbəb oldu. Türkiyənin bu münaqişədə rəsmi İslamadı açıq şəkildə dəstəkləməsi və Hindistanın "Sindur" əməliyyatına qarşı çıxması Nyu-Dehlidə kəskin qəzəb doğurdu. Hindistan mediası Türkiyəni "düşmən" elan edərək, onu Pakistana silah tədarükündə ittiham etdi. Ankara isə bu ittihamları rədd edərək, hərbi əməkdaşlığın onilliklərə söykəndiyini bildirdi.
Bu gərginlik fonunda Hindistanda Türkiyəyə qarşı turizm boykotu başladı və nəticədə ölkəyə gələn hindistanlı turistlərin sayı 2025-ci ildəki 330 mindən 250 minə düşərək 25% azaldı. İkitərəfli ticarət dövriyyəsi isə 16,7% geriləyərək 9 milyard dollardan 7,5 milyard dollara endi. Bundan əlavə, Hindistan milli təhlükəsizlik bəhanəsi ilə Türkiyənin 9 böyük hava limanında fəaliyyət göstərən "Celebi Airport Services India" şirkətinin lisenziyasını ləğv etdi, "Air India" isə "Turkish Teknik"dən asılılığı azaldacağını açıqladı.
Lakin faktiki olaraq bir il dondurulmuş qalan münasibətlərdə son iki ayda gözlənilməz dönüş yaranıb. Hindistan tərəfi Türkiyəni ikitərəfli danışıqların 12-ci raunduna dəvət edib və Ankara Nyu-Dehliyə xarici işlər nazirinin müavini Bərris Ekinçini göndərib. Ankaradakı diplomatik mənbələrin məlumatına görə, ilk görüş olduqca müsbət keçib. Dialoqun bərpasına səbəb isə Türkiyənin Hindistanın məhdudiyyətlərinə və bəzi deputatların təxribatçı bəyanatlarına vaxtilə təmkinli reaksiya verməsi olub.
Ekspertlərin fikrincə, Hindistanı Türkiyə ilə münasibətləri bərpa etməyə sövq edən əsas amil iqtisadi və tranzit maraqlarıdır. Cari ilin fevral ayının sonunda İranın Hörmüz boğazını bağlamasından sonra Nyu-Dehli öz tranzit marşrutlarını yenidən nəzərdən keçirməyə məcbur olub. Hindistanın daha əvvəl təklif etdiyi, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçən IMEC (Hindistan-Yaxın Şərq-Avropa) layihəsi regiondakı münaqişələr və vətəndaş müharibələri səbəbindən təhlükə altındadır.
Hazırda Türkiyə Şərqi Asiyanı Avropa ilə Azərbaycan və Ermənistandan keçməklə birləşdirən "Orta Dəhliz"in əsas həlqəsi kimi mövqeyini gücləndirir. Ankara mənbələri bildirir ki, Hindistan tək bir marşrutdan asılı qalmaq istəmir və Türkiyə ilə Azərbaycanın irəli apardığı bu dəhlizə qoşulmaqda maraqlıdır. Buna baxmayaraq, Ankara hələ də Kəşmir probleminin referendum yolu ilə həll olunmalı olduğunu müdafiə edir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 20 may 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün krimnal bugun cəbhədən ən son xəbər bugunun xeberleri