"WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın göstəricisidir" - Deputat

"Şəhərsalma Forumu şəbəkələşmək, dünya siyasətçilərinin və şəhərsalma ekspertlərinin bir araya gəldiyi bir platformadır. Bu da ölkəmizin nüfuzu baxımından önəmlidir. Ümumilikdə bu forumun keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun tanınmasına xidmət edəcək".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
O bildirib ki, WUF13 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimaddır: 
"Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi çox önəmli bir tədbir kimi qiymətləndirilir. Çünki bu forum BMT-nin ən tanınmış və iştirakçıların sayına, əhatə etdiyi coğrafiyaya görə dünyanın ən böyük platformalarından biridir.
Şəhərsalma Forumu elə bir forumdur ki, burada demək olar ki, dünyanın bütün regionlarından urbanizasiya prosesinə aid olan ölkələrin rəsmi şəxsləri, rəhbərləri, mühüm ekspertləri və siyasətçiləri iştirak edirlər. Həm də burada təkcə siyasi qurumlar deyil, xüsusilə infrastrukturun quraşdırılması və infrastrukturla məşğul olan dünya səviyyəli ekspertlər təmsil olunur. Bu bizim üçün böyük şərəfdir. BMT-nin belə bir tədbirinin ölkəmizdə keçirilməsi həm də Azərbaycana göstərilən etimaddır. Artıq Azərbaycanın möhtəşəm tədbirlərə ev sahibliyi etmək təcrübəsi var, dünyanın etimadını qazanmış bir ölkəyik".
Deputat vurğulayıb ki, Azərbaycan bundan öncə də mötəbər tədbirlər ev sahibliyi edib:
"Azərbaycan COP29 kimi qlobal miqyaslı bir tədbirə ev sahibliyi edək. Bundan sonra Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edib. Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük qurumdur. Daha sonra Azərbaycan 2014-2015-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Yəni ölkəmizin bu sahədə çox böyük təcrübəsi var və bu baxımdan Şəhərsalma Forumunun da Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır".
Parlamentari qeyd edib ki, Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda şəhər və qəsəbələri yenidən müasir dünya standartlarına uyğun qurur:
"Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda Ermənistanın işğalçı qüvvələrinin yerlə-yeksan etdiyi şəhər və qəsəbələri yenidən müasir dünya standartlarına, şəhərsalma standartlarına uyğun qururuq və bərpa edir. Bu da dünyanın şəhərsalma ilə bağlı ekspertlərinin və rəsmi qurumlarının diqqətini çəkən məqamdır. Biz şəhərsalma prosesində yeni texnologiyalardan, yeni metodlardan, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarından istifadə edirik. Qarabağa və Şərqi Zəngəzura səfər edən xarici qonaqlar  orada qısa bir zamanda saldığımız şəhərləri, qəsəbələri görəndə çox təsirlənirlər. Bir tərəfdən də bu, BMT-nin Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi üçün stimul olub.
Yəni dünya Azərbaycanın qısa bir zaman ərzində yerlə-yeksan olmuş şəhərləri necə, Şəhərsalma Forumunda qeyd olunan prinsiplərə uyğun olaraq yenidən qurduğunun şahidi olur". 
Deputat bildirib ki, Şəhərsalma Forumu şəbəkələşmək baxımından önəmlidir:
"Şəhərsalma Forumu şəbəkələşmək, dünya siyasətçilərinin və şəhərsalma ekspertlərinin bir araya gəldiyi bir platformadır. Bu da ölkəmizin nüfuzu baxımından önəmlidir. Ümumilikdə bu forumun keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun tanınmasına xidmət edəcək. Xüsusilə də yeni metod və texnologiyalar, yeni know-how yanaşmaları, kreativ şəhərsalma düşüncələri dünyada çox müzakirə olunur. Bununla bağlı ciddi müzakirələr gedir. Bu baxımdan da Azərbaycanda forumun keçirilməsi həm də bizim dünyada mövcud olan təcrübəni öyrənməyimiz üçün yaxşı imkandır. Çünki dünyanın ən önəmli təcrübəyə malik ekspertləri, bilikləri ilə gəlib bu forumda iştirak edirlər. Həm bizim təcrübəni onlarla paylaşmaq, həm də onların biliklərini və təcrübəsini öyrənmək baxımından bu çox önəmlidir".
Şahanə Ziyad

Siyasi       Tarix: 15 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az son xəbər ensonxeberler xeberler bugun