SON DƏQİQƏ: Bakı İrəvana xəbərdarlıq etməlidir - "Əgər Paşinyan seçilərsə... "

SON DƏQİQƏ: Bakı İrəvana xəbərdarlıq etməlidir - Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri regionun gələcək siyasi mənzərəsi baxımından diqqətlə izlənilir. Xüsusilə də Baş nazir Nikol Paşinyanın yenidən hakimiyyətdə qalacağı təqdirdə, Azərbaycanın təhlükəsizlik gündəliyində hansı dəyişikliklərin baş verə biləcəyi maraq doğurur.
Bəs Paşinyanın qələbəsi Ermənistanın Azərbaycana qarşı yeni hərbi qarşıdurmaya başlaması riskini artırır, yoxsa azaldır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Nikol Paşinyanın seçkilərdə qalib gəlmək ehtimalı yüksəkdir və onun siyasi xətti daha çox sülh gündəliyinə əsaslanır:
SON DƏQİQƏ: Bakı İrəvana xəbərdarlıq etməlidir - "Paşinyan seçki kampaniyasında əsasən sülh mesajları verir. Revanşist qüvvələr isə daha çox müharibə tezisləri üzərində dayanırlar. Müxalifət hakimiyyətə gəlsə, Azərbaycanla imzalanmış sülh paraflanmasına yenidən baxa bilərlər. Onlar bunu dəfələrlə bəyan ediblər. Hətta Qarabağa ermənilərin qayıdışı məsələsini yenidən gündəmə gətirmək niyyətində olduqlarını bildirirlər".
Politoloqun sözlərinə görə, Paşinyan isə tam əks mövqe nümayiş etdirir:
"O deyir ki, Qarabağ heç vaxt ermənilərə aid olmayıb, Azərbaycanın ərazisidir. Düşünürəm ki, Paşinyan hakimiyyətdə qalarsa, Ermənistan Azərbaycanla müharibəyə getməyəcək".
Məhəmməd Əsədullazadə qeyd edib ki, buna baxmayaraq, Ermənistanın son dövrlərdə sürətli silahlanması diqqətdən kənarda qalmamalıdır:
"Ermənistanın silahlandırılması istiqamətində siyasət həyata keçirilir. Təbii ki, Azərbaycan buna seyrçi qala bilməz. Rəsmi Bakı Ermənistana xəbərdarlıqlarını etməlidir. Amma Paşinyan yenidən qələbə qazanarsa, onun Azərbaycanla hərbi qarşıdurmaya getməsi real görünmür".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 18 may 2026
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az son xəbər ensonxeberler xeberler bugun