TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin liderləri mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak edəcəklərini təsdiqləyiblər.
azxeber.com xəbər verir ki, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində bildirilir.
"İnklüziv, dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz şəhərlərin və icmaların təşviqi üçün şəhərsalma planlaşdırılmasının, eləcə də rəqəmsal texnologiyalardan, innovativ həllərdən və məlumatlara əsaslanan yanaşmalardan istifadə etməklə dayanıqlı şəhər və məkan inkişafının strateji əhəmiyyətini vurğulayırıq. Biz 2026-cı il mayın 17-dən 22-dək Azərbaycan Respublikasında "Dünyanın mənzillə təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusunda keçiriləcək WUF13-də fəal iştirak etmək niyyətimizi təsdiqləyirik", - bəyannamədə qeyd olunur.
Sənədə əsasən, imzalayan tərəflər süni intellekt və rəqəmsal texnologiyalar sahəsində, o cümlədən TÜRKPA vasitəsilə hüquqi bazanın uyğunlaşdırılması istiqamətində səyləri gücləndirmək barədə də razılığa gəliblər.
Liderlər 2025-ci ilin noyabrında Azərbaycanda yaradılmış Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, onun rəqəmsal innovasiyaların inkişafı, startap ekosistemlərinin dəstəklənməsi, eləcə də Azərbaycanda və daha geniş regionda rəqəmsal transformasiyanın təşviqi üçün əhəmiyyətini vurğulayıblar.
Sənəddə vurğulanır ki, mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem daxilində əməkdaşlığın inkişafı, eləcə də regionda və onun hüdudlarından kənarda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK