Hökumətdən 13 və 14-cü maaş, təqaüd tələbi - Parlament qarşısında...
Yunanıstanda hökumətin sosial təhlükəsizlik qanunu ilə bağlı hazırladığı qanun layihəsi kütləvi etirazlara səbəb olub.
Publika.az xəbər verir ki, ictimai sektorda çalışan işçilər 24 saatlıq tətil elan edib.
Yunanıstan İctimai İşçilər Konfederasiyası (ADEDY), Mübarizəçi İşçilər Cəbhəsi (PAME) və Afina İşçi Mərkəzinin (EKA) çağırışı ilə saat 06:00-da başlayan tətilə yerli idarəetmə orqanlarının işçiləri, jurnalistlər, dövlət xəstəxanalarının əməkdaşları, dəmir yolları və liman işçiləri qatılıb.
Tətil çərçivəsində dövlət dairələrində və bəzi bələdiyyə xidmətlərində axsaqlıq yaşanıb. Xəbər üstünlüklü internet saytları informasiya paylaşmayıb, özəl və dövlət televiziya kanallarında xəbərlər buraxılışı verilməyib.
Şəhərlərarası qatar səfərləri ləğv edilib. Adalar arasında səfərlər gerçəkləşdirən bəzi gəmilər limanda bağlı qalıb. İctimai nəqliyyat sektoru günün müəyyən saatlarında işini dayandırıb.
Paytaxt Afinada etiraz aksiyaları keçirilib. Etirazçılar parlamentin yerləşdiyi Sintaqma meydanına qədər yürüş edib.
Qeyd edək ki, Yunanıstan hökuməti "Sığorta islahatı və Milli Sosial Təhlükəsizlik Qurumunun rəqəmsal çevrilişi" adlı qanun layihəsini ötən gün parlamentə təqdim edib. Layihədə sığorta xərclərinin artırılması və əmək təqaüdlərinin inflyasiyaya görə tənzimlənməsini ehtiva edən maddələr yer alıb.
Qanuna etiraz edən məmur və işçilər maliyyə böhranı illərində referendumlar çərçivəsində sosial sığorta qurumlarına gətirilən məhdudlaşmaların götürülməsini, bütün təqaüdlərin dövlət nəzarətinə götürülməsini istəyirlər. Əlavə olaraq, təqaüdçülərə və işçilərə ilin sonunda verilən 13 və 14-cü maaş ənənəsinin yenidən tətbiqini tələb edirlər.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi