Hollivud ulduzunu kim tora saldı?
"Rust" ("Pas") filminin operatoru Qalina Hatçinsin şok edici qətli üzrə aparılan istintaqının bəzi təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, "New York Times"ın məhkəmə sənədlərinə istinadən yazdığına görə, içərisində bir güllə olan tapançanı Alek Bolduina rejissor köməkçisi verib. O, çəkiliş üçün hazırlanmış üç tapançadan birini seçib və "boşdur" deyə aktyora atıb.
Qeyd olunur ki, silahı çəkiliş üçün peşəyə yeni gəlmiş 24 yaşlı Hanna Qutyerres-Rid hazırlayıb. İstintaq bu silahı və Bolduinin üstündə qan izləri olan paltarını götürüb. Bu qan sünidir və ya həqiqi dəqiqləşdirilməyib.
Bundan başqa, müstəntiqlər çəkilişdə rekvizit kimi istifadə olunan tüfəng və döyüş sursatlarını alıblar. Hakimiyyət orqanları filmin çəkildiyi rançoda axtarış həyata keçirmək üçün qərarı verib.
Ağ Evin mətbuat katibi Cen Psaki çəkiliş meydançasında baş verənləri faciə adlandırıb, həlak olan qadının və yaralanan rejissorun yaxınlarına başsağlığı verib.
63 yaşlı Bolduin polis tərəfindən dinləndirilib, lakin hadisə ilə bağlı heç kimə qarşı ittiham irəli sürülməyib. Ötən gün Bolduin ilk dəfə hadisəyə münasibət bildirib və hadisədən çox üzüldüyünü deyib.
Bununla yanaşı, Amerika mətbuatı, siyasi baxışlarını gizlətməyən və ABŞ-ın keçmiş prezidenti Donald Trampa parodiyalar edən Bolduinə qarşı bu hadisənin bir sui-qəsd ola biləcəyini də istisna etmir.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək