Hüqonun Tenardyesi qədər riyakar Koçaryan cani xislətindən əl çəkə bilmir – TƏHLİL

Hüqonun Tenardyesi qədər riyakar Koçaryan cani xislətindən əl çəkə bilmir – TƏHLİL Hüqonun Tenardyesi qədər riyakar Koçaryan cani xislətindən əl çəkə bilmir – TƏHLİL
Ermənistanın eks-prezidenti Robert Koçaryan yeni cildə bürünür, yeni əbasında seçkiqabağı təbliğat şüarlarının cizgilərini görmək mümkündür.
Buna Robert Koçaryanın rusiyalı jurnalist Vladimir Poznerə müsahibəsində səsləndirdiyi fikirlərə ümumi baxışın nəticəsi deyə bilərik.
Robert Koçaryanın seçkiqabağı təbliğata Moskvadan başlamaq cəhdləri onun arxasında əbədi himayədarı (ən azından belə görünür) Rusiyanın dağ kimi dayanması görüntüsünü yaratmaqdan ibarətdir.
Koçaryan bununla Ermənistanın Baş naziri Nikol Paşinyana da seçkiqabağı mesaj verir.
Koçaryan müsahibəsində növbədənkənar parlament seçkilərinə qatılacağını bildirib. Darmadağın olmuş nüfuzun restavrasiyası üçün Koçaryanın dəridən-qabıqdan çıxması anlaşılandır. Bunun üçün isə ən münbit platforma seçkilərdir, hərçənd onun seçkidə xal qazanacağı da şübhə altındadır.
Koçaryan Viktor Hüqonun "Səfillər" romanının təbiətən ən iyrənc obrazı Tenardye qədər alçaq xarakterə malikdir.
Müharibədəki biabırçı məğlubiyyəti təkcə Paşinyanın üzərinə yıxmaq – indi bu, öz cinayətkar əməllərini və qurduğu ordunun bərbad gündə olmasını ört-basdır etmək üçün Koçaryanın söykəndiyi ən yumşaq istinad divarıdır. Bu, riyakarlığın zirvəsidir, ən azından öz məsuliyyət payını kənara qoymaq baxımından. Müharibəyə qədər Qarabağda lövbər salan quldur hərbi birləşmələri məhz Koçaryan-Sarqsyan tandeminin məhsulları idi.
Koçaryan fikirlərinin alt qatında naftalin iyi verən revanşizmi gündəmə gətirir, bu zaman da riyakarlıqdan qaça bilmir. Səsləndirdiyi ifadələrin zahiri xüsusiyyətlərində guya özünü qisas hisslərini kənara qoyan, özünü siyasi dialoq tərəfdarı kimi təqdim etməyə çalışır.
"Danışıqların bitdiyi yerdə müharibə başlayır. Çox riskli bir sahəyə girdiyimizi başa düşürük. Müharibənin yenidən başlama ehtimalı sadəcə açıqdır, lakin danışıqlar prosesi ən yaxşı halda saxladığımız ərazilərin Dağlıq Qarabağ statusu ilə mübadiləsinə səbəb ola bilər"- Koçaryan bildirir.
Koçaryan hələ də tarixin zibilliyində ilişib qalıb, hələ də "status, status" bağırır. Hansı status?!
Koçaryan onu da deyir ki, Ermənistan ordusunun indi müharibə aparmağa gücü yoxdur, ardınca isə işğalçı fikirlərini inkişaf etdirərək bildirir ki, ədalətsiz sülh uzun sürə bilməz. İnstinktiv reaksiyadır, Koçaryan vəhşi, cani təbiətindən əl çəkə bilmir. Maraqlıdır, Koçaryan üçün ədalətli sülhün meyarları nədir? Cavaba ehtiyac da yoxdur, çünki Koçaryan ümumiyyətlə sülhdən danışmaq üçün mənəvi hüququnu çoxdan itirib – Xocalı canisi olduğu gündən.
Əslində Koçaryan 2020-ci il 10 noyabr bəyanatının tətbiq edilməməsi üçün ciddi cəhdlə çalışır və Ermənistanda revanşizmi alovlandırmaq istəyir. Özü də Rusiyanı da prosesə qoşmaq istəyir. Həbsdən çıxdıqdan sonra ilk səfərini Rusiyaya etməsi də buna sübutdur.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 06 aprel 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe cəbhədən ən son xəbərlər futbol xeberleri iqtisadiyyat xeberleri bugun