I MDB Oyunlarının açılış mərasimi keçirildi
Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb.
İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu və artıq MDB Oyunlarında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) olub. Daha sonra qalan ölkələr səhnə alıblar.
Ardınca rəsmi hissə start götürüb. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin müraciəti oxunduqdan sonra Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov yarış iştirakçılarını salamlayıb.
MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı nəticələri təhlil etdiklərini diqqətə çatdırıb.
"MDB ölkələrinin bütün medalları bir yerə yığışsaydı, biz birinci yerdə olardıq" deyən Anfimov Oyunları açıq elan edib. Sonda Rusiyanın dövlət himni səsləndirilib.
Qeyd edək ki, I MDB Oyunları sentyabrın 11-dək davam edəcək. ("Report")

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq