İcazə verə bilməzdim ki, döyüş yoldaşlarımın analarının gözüyaşlı qalsın' - Qumbaranın üzərinə atılan qazi

İcazə verə bilməzdim ki, döyüş yoldaşlarımın analarının gözüyaşlı qalsın' - Qumbaranın üzərinə atılan qaziQumbaranın üstünə atılaraq yoldaşlarını xilas edən qazi müharibədə başına gələnləri danışıb.
azxeber.com xəbər verir ki, Tərlan Həsənov təxris olunmağına bir neçə gün qalmış müharibəyə gedib və müharibə zamanı düşmən mövqedən atılan qumbaranın üstünə atılaraq yoldaşlarını xilas etməyi bacarıb.
O başına gələnləri ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində bölüşüb:
"2019 cu ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdüm. Ali təhsilim var deyə 1 il müddətinə hərbi xidmətdə olmalı idim. Hazırda İT mütəxəssisiyəm. Təxminən sentyabr ayının 26-27 si idi. Artıq təxris olunmağımıza 4-5 gün qalmışdı. Komandirlərimizdən döyüş olacağı xəbərini eşitdik. Bütün əsgər yoldaşlarımla birgə bu xəbəri çox sevinclə qarşıladıq və çox qürurlandıq. İllərdir düşmən tapdağında olan torpaqlarımızı geri almaq üçün əlimizə bir fürsət düşmüşdü. Qisasımızı almaq üçün bizə şərait yaranmışdı. Sentyabr ayının 27-də Goranboy rayonunun Gülüstan kəndi istiqamətində döyüş başladı. Mənim həmin taborda Polkovnik-leytenant Şirvanov Mehman adlı bir komandirim var idi. Goranboy rayonu istiqamətində gedən döyüşlərdə o şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onun şəhid olduğu xəbər gələndə bütün tabor çox pis olduşduq. Hamımızı qisas hissi bürümüşdü. Sonra döyüş yolumuzu " Murovdağ" istiqamətinə dəyişdirdilər.
Oktyabr ayının 1-də "Talışkənd" uğrunda gedən döyüşlər zamanı düşmənlə çox yaxın məsafədə "Talışdağ"-da döyüşürdük. Döyüşümüz çox uzaq məsafədən deyildi. Aramızda təxminən 8-10 metr məsafə olardı. Meşə çox sıx idi, hava isə qatı dumanlı idi. Nə düşmən bizi görürdü, nə də biz düşməni. Sadəcə səslərdən hiss edirdik. Sonradan mən qarşı tərəfin çəkdiyi videolara baxdım. Ermənilər danışırdılar ki, "8-10 metr məsafəmizdədirlər. Biz çox qorxuruq".
Bizdə 1 ci taborun komandiri şəhid Kapitan Elçin Tağıyev var idi. Həmin vaxt mən Kapitan Tağıyevin yanında rabitəçi oldum. Şəhidlərimiz də , yaralılaımız da çox idi. Düşmən postunu ələ keçirməyə az qalmışdı ki, düşmən tərəfindən əl qumbarası atıldı. Təxminən 300-400 metr uzunluğunda bir yol idi. Sol tərəf dağlıqda , səngərin içində düşmən idi, sağ tərəfdə dağın dibində isə biz sipər almışdıq. Yol boyu çarpaz atəşlərlə döyüşürdük. Əl qumbaraları atılanda isə xoşbəxtlikdən əl qumbaraları gəlib yola dəyib, dərəyə düşürdü. Atılan əl qumbaralarından 1-i döyüş yoldaşlarımla mənim olduğum əraziyə düşdü.
Qarşımda 2 seçim var idi, ya kənara atılıb bir ehtimal sağ qalacaqdım, ya da qumbaranın üstünə atılacaqdım və bizim döyüş tapşırığımız yarımçıq qalmayacaqdı. Ani qərar verməli idim, düşünməyə vaxt yox idi. Mən icazə verə bilməzdim ki, döyüş yoldaşlarımın analarının gözüyaşlı qalsın. Biri var bir tək mənim evimə şəhid xəbəri getsin. Biri də var 1 əl qumbarasına görə 15,20, 30 evə şəhid xəbəri getsin. Öz evimizə şəhid xəbəri getməsini daha üstün tutdum.
Özümü əl qumbarasının üstünə atdım. Kapitan Tağıyev hələ onda şəhid olmamışdı. Başımda "kaskam" var idi. "Kaska"mdan tutub başımı yuxarı qaldırdı. Qaldıranda mənim ağzım açıldı. Həmin əl qumbarasının təzyiqindən gözlərim partlamadı. Beynim çox xəsarət almadı. Qumbara partlayanda təkcə onun səsini eşitdim. Sonradan şok keçirdim, heç nəyi xatırlamıram. Sonralar döyüş yoldaşlarım danışırdılar ki, Elçin Tağıyev həkimə deyib ki, məni çıxartsınlar. Həkim isə demişdi ki, mən artıq şəhid olmuşam , mənim əvəzimə digər yaralıları çıxartsınlar. Kapitanımız isə israr edib ki, o sizin həyatınızı xilas etmiş milli qəhrəmanınızdır.
Həmin vaxt mənim əynimdə zirehli gödəkcə və uzaq məsafəni tutmaq üçün böyük rabitə aparatı var idi. Hava yağışlı idi və üstümüzdə təxminən 15 kq gəzdirirdik.
Daha sonra mən əsgərlikdən qayıdanda 350-yə yaxın maşın məni qarşılamağa gəlmişdi. Döyüşdən qayıdanda "ASAN" Xidmətdən iş təklifi gəldi. Mən də düşündüm ki, vətənə hərbi xidmətimi yerinə yetirdim. ASAN xidmətdə isə vətəndaşlara xidmət vəzifəmi davam etdirərəm".
Oksana Orucova

Sosial       Tarix: 28 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri şou biznes xəbərləri cəbhədən şad xəbər sonxəbərlər gunun xeberleri