İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirdiİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) media, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün "İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması" mövzusunda təlim keçirib.
azxeber.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd icbari tibbi sığorta sistemi barədə yazan jurnalistlərin, bu sahədə maarifləndirmə işləri aparan vətəndaş cəmiyyəti üzvlərinin, qurumla əməkdaşlıq əlaqələri quran beynəlxalq təşkilatların daha dolğun məlumatlandırılması, hədəf qrupları ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasıdır.
Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığorta ilə bağlı məlumatların ictimaiyyətə operativ və düzgün çatdırılmasında medianın vacib rol oynadığını bildirib. Sığorta sahəsində yeniliklər barədə danışan departament rəhbəri "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər ediləcəyini bildirib.
Təlimin interaktiv keçirilməsi üçün iştirakçılara qrup şəklində praktik tapşırıqlar verilib.
Daha sonra Dövlət Agentliyinin nümayəndələri tapşırıqlarla bağlı təqdimatlarla çıxış ediblər.
Təlimin birinci hissəsində Dövlət Agentliyinin nümayəndələri Arif Əkbərov, Səməd Səmədov, Pərvin Salahova, Fuad Bayramov və Esmira Həsənova təqdimatlar ediblər. Onlar icbari tibbi sığortadan düzgün istifadə, göndərişlərin verilməsi qaydası, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və orqan trasplantasiyası əməliyyatları, səhiyyə işçilərinin əməkhaqqının ödənilməsi qaydası ilə bağlı ətraflı məlumat veriblər.
Təlimin ikinci hissəsində Dövlət Agentliyinin Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi risk kommunikasiyası üzrə mütəxəssisi Fənarə Bünyadzadə çıxış ediblər.
Tibbi xidmətlərin maya dəyərinin hesablanması, tibbi məlumatlılığın artırılması, tibb müəssisələrində kommunikasiya işinin təşkili, səhiyyə kommunikasiyasında effektiv tərəfdaşlıq mövzularında məruzələr dinlənilib.
Sonda yekun nitqlə çıxış edən və iştirakçılara sertifikatlar təqdim edən Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun fəaliyyətə başladığı vaxtdan media nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini bildirib: "Agentliyin qarşısına qoyduğu məqsədlərdən biri də vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq və əhalinin səhiyyə xərclərini azaltmaqdır. Əhalini maarifləndirmədən bu məqsədlərə nail olmaq mümkün deyil. Maarifləndirmə işlərində müxtəlif kommunikasiya kanallarından istifadə etsək də bu işdə jurnalistlərin üzərinə böyük məsuliyyət düşür".

Sosial       Tarix: 22 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim cəbhədən şad xəbər en son xeberler bu gun hava