İçinə elə maddələr qatırlar ki, beyin öyrəşir, asılılıq yaranır — AÇIQLAMA

İçinə elə maddələr qatırlar ki, beyin öyrəşir, asılılıq yaranır — AÇIQLAMAMüasir həyatın sürətli ritmi və vaxt qıtlığı insanların qidalanma vərdişlərini kökündən dəyişərək fastfud məhsullarına olan marağı pik həddə çatdırıb. Xüsusilə gənclər arasında populyarlaşan bu qidalar, cəlbedici reklamlar və asan əlçatanlıq sayəsində gündəlik rasionun ayrılmaz hissəsinə çevrilib. Lakin dadlı və səmərəli görünən bu seçim arxasında ciddi sağlamlıq risklərini, o cümlədən piylənmə və xroniki xəstəliklər təhlükəsini gizlədir. Yüksək kalorili və yağlı qidaların mütəmadi qəbulu təkcə fiziki deyil, həm də psixoloji asılılıq yaradaraq ümumi həyat keyfiyyətini aşağı salır. Bu tendensiya cəmiyyətdə sağlam qidalanma mədəniyyətinin getdikcə zəifləməsi ilə bağlı ciddi narahatlıqlar doğurur. Beləliklə, sürətli qidalanma vərdişi müasir dövrün ən böyük gizli təhdidlərindən biri kimi qarşımızda dayanır.
azxeber.com xəbər verir ki, qida məsələləri üzrə ekspert Ağa Salamov Demokrat.az saytına verdiyi açıqlamada bu məqamlara aydınlıq gətirib.
O deyib ki, fastfud yalnız ət, çörək və kartof məhsulları ilə məhdudlaşmır:
"Onun tərkibində təqdim olunan müxtəlif souslar da insanın qida qəbulunu artıran əsas amillərdən biridir. Məsələn, kartof frinin yanında verilən kokteyl sousu, svit çili sousu və digər sənaye üsulu ilə hazırlanan dadlandırıcı souslar insanın daha çox qida qəbul etməsinə səbəb olur. Eyni hal burqerlərin tərkibində istifadə olunan xüsusi souslara da aiddir. Bu cür süni dadlandırıcılar insan beynində müəyyən vərdiş və asılılıq formalaşdırır. Nəticədə orqanizm həmin dadlara öyrəşir və aclıq hissi yarandıqda yenidən fastfud məhsullarına yönəlmə meyli güclənir. Bu isə təkrarlanan qida davranışlarının yaranmasına gətirib çıxarır. Nəticə etibarilə, bu proses piylənmə, artıq çəki və qaraciyərin yüklənməsi kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu sahədə daha geniş məlumatı həkim mütəxəssislər verir. Xüsusilə qida qatqı maddələri, o cümlədən monosodium qlutamat (E621) kimi əlavələr fastfud məhsullarında tez-tez istifadə olunur və iştahanı artırıcı təsirə malik olduğu bildirilir".
O bildirib ki, digər mühüm məqam fastfudun hazırlanmasında istifadə olunan yağlardır:
"Fritür yağları, xüsusilə trans yağlar uzunmüddətli istifadədə insan sağlamlığı üçün risk yaradır. Bu yağların mütəmadi qəbulu orqanizmə mənfi təsir göstərə bilər. Uşaqlar arasında da fastfud məhsullarına maraq geniş yayılıb. Valideynlər restoranlara getdikdə uşaqların kartof fri kimi məhsullara üstünlük verməsi tez-tez müşahidə olunur. Bu isə uşaqların qidalanma vərdişlərinə birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə, bu cür qidalar uşaqlarda piylənmə, artıq çəki və mədə-bağırsaq sistemində müxtəlif problemlərə yol aça bilər. Bunun əksinə olaraq, uşaqlar və gənclər üçün mövsümi tərəvəzlərdən hazırlanan salatlar, təzə meyvələr və onların təbii şirələri daha faydalı qida mənbəyi hesab olunur. Eyni zamanda ət, balıq və toyuq məhsullarının balanslı istehlakı da vacibdir. Göyərti və tərəvəzlərin bol qəbulu orqanizmin vitamin və mineral ehtiyacını təmin edir, immun sistemini gücləndirir və xəstəliklərə qarşı müqaviməti artırır. Fastfud məhsullarında isə əksər hallarda vitamin və mineral baxımından zənginlik yoxdur. Xüsusilə kartof fri və qazlı içkilər "boş karbohidrat" hesab olunur. Bu cür qidalar orqanizmi kifayət qədər qidalandırmadığı üçün insan tez bir zamanda yenidən aclıq hiss edir. Nəticədə həddindən artıq qida qəbulu, qeyri-sağlam qidalanma və müxtəlif metabolik pozuntular yaranır. Beləliklə, fastfud və qazlı içkilərin mütəmadi istehlakı kökəlmə, piylənmə və ümumi sağlamlıq problemlərinə yol açan əsas amillərdən biri kimi qiymətləndirilir".

Sosial       Tarix: 14 may 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava