Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - BəyanatAzərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.
azxeber.com xəbər verir ki, Gənc Müəllimlər Assosiasiyası bununla bağlı bəyanat yayıb. 
Qeyd olunub ki, məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.
AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.
AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

Sosial       Tarix: 15 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar"

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumat

Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb

Bu gün ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şahdağ, Kəlbəcər

Azərbaycanlı gənc Polşada vəfat etdi

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. saytına istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmə

Gümüş bahalaşdı, qızıl ucuzlaşdı

Nyu-York birjasında gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri isə 0.11% bahalaşaraq 61.11 ABŞ dolları təşkil edib. COMEX-də qızıl fyuçerslərinin dəyəri 0.14% azalaraq 4.21

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollard

Belə limonu almayın - Seçəndə nələrə diqqət yetirilməlidir

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzini

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub

Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub. Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığ


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 maliyye xeberler bugun xeberler bugun 2026 bugun xeberler