İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib

Noyabrın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Hüquq, maliyyə və biznes konsultasiyası" Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə, "SECOP" MMC-nin baş sponsorluğu və BirBank Biznesin tərəfdaşlığı çərçivəsində sektorial görüş baş tutub.
azxeber.com xəbər verir ki, görüşün əsas məqsədi hüquq, maliyyə və biznes konsultasiyası sahəsində fəaliyyət göstərən şirkətlərin, eləcə də bank, sığorta və gömrük brokerlərinin əməkdaşlıq imkanlarını müzakirə etmək, İCMA və Komissiyanın fəaliyyət istiqamətlərini təqdim etmək və dövlət qurumları ilə əlaqələri gücləndirmək olub. Tədbirdə 60-dan çox sahibkar və biznes nümayəndəsi iştirak edib.
Açılış nitqi ilə çıxış edən İCMA İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti, sektorial görüşlərin məqsədləri və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, eyni sektordan olan iş adamlarının vahid platformada toplaşmasının dövlət–özəl əməkdaşlığının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Daha sonra millət vəkili, iqtisadçı Vüqar Bayramov İCMA-nın Azərbaycan sahibkarlığının inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bu fəaliyyətlərin parlament səviyyəsində dəstəklənməsinin vacibliyini qeyd edib. Vəkillər Kollegiyasının sədri Anar Bayramov isə hüquq şirkətlərinin sahibkarlıq mühitinə verdiyi töhfələr barədə danışıb.
KOBİA İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Agentlik tərəfindən göstərilən dəstək mexanizmlərini və İCMA ilə əməkdaşlıq istiqamətlərini təqdim edib. Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlara təklif olunan maliyyə dəstəkləri və subsidiya imkanlarını diqqətə çatdırıb.
Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov audit xidmətlərinin şəffaflıq və sağlam idarəetmədə rolunu vurğulayıb. SECOP MMC-nin təsisçisi şirkətin sahibkarlıq təşəbbüslərini dəstəkləməyə davam etdiyini qeyd edib.
İpoteka və Kredit Zəmanət Fondunun Departament direktoru Elşən Kərimov sahibkarlara təqdim olunan zəmanət və kredit dəstəyi mexanizmləri barədə məlumat verib. BirBank Biznesi təmsil edən və İCMA İdarə Heyətinin üzvü olan Nəsimi Xasıyev isə bankın sahibkarlara təqdim etdiyi xidmətlərin üstünlüklərini açıqlayıb və tədbirdə tərəfdaşlıq etməyin əhəmiyyətini vurğulayıb.
Görüş səmimi fikir mübadiləsi, tanışlıq və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb. Tədbir hüquq, maliyyə və biznes konsultasiyası sektorunda dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi üçün yeni təşəbbüslərin formalaşmasına zəmin yaradıb.
İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilibİCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib

İqtisadiyyat       Tarix: 01 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar axsam az xeberler apa.az xeberler valyuta mezennesi 2026