İcra başçıları xüsusi nəzarət altına alındı - Əməliyyatlar davam edəcək

İcra başçıları xüsusi nəzarət altına alındı - Əməliyyatlar davam edəcəkSon illərdə Ağstafa, Yevlax, Neftçala, İmişli, Biləsuvar, Cəlilabad və digər rayonların icra başçıları rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunub. Əməliyyatlar əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilir.
Bu il iki icra hakimiyyətinin başçısı oxşar əməllərə görə tutulub. Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Balakən rayon icra başçısı İslam Rzayev tutularaq Bakıya gətiriliblər və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Müşahidəçilər bildirir ki, Azərbaycanda icra hakimiyyətlərinə qarşı korrupsiya və vəzifə pozuntuları ilə bağlı aparılan yoxlamalar bundan sonra da davam etdiriləcək.
DTX ilə yanaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi da icra hakimiyyətlərində yoxlamalar aparır. Son analoji əməliyyat Qaradağ Rayon İcra Hakimiyyətində baş tutub. Rayon icra başçısının müavini Nadir Muradov və bir neçə vəzifəli şəxs torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı vətəndaşlardan rüşvət almaqda şübhəli bilinir.
Görünən budur ki, artıq ira hakimiyyətlərinə diqqət artırılıb. Onlar xüsusi nəzarət altına alınıb və hər bir hərəkətləri, gəlir və xərcləri diqqətlə izlənilir.
Modern.az-a danışan Milli Məclisin üzvü Hikmət Məmmədov qeyd edib ki, dövlət idarəetməsində qanun pozuntularının baş verməsi ehtimal olunan haldır.
Lakin hüquqi dövlətin vəzifəsi ondan ibarətdir ki, bu kimi hallar baş verərsə, qanuni tədbir görsün. Dövlət də bu cür davranır. Hansısa məmurun və yaxud icra hakimiyyətinin başçısının cəzalandırılması cəmiyyətdə normal qarşılanmalıdır:
"Çox yaxşı haldır ki bu cür addımlar cəmiyyətdə təqdirlə qarşılanır. Ona görə də mənə elə gəlir ki, bunu sensasiya kimi yox, adi qayda kimi başa düşməliyik. Çünki nəzarət mexanizmi, yoxlama və əməliyyatlar daim olacaqdır".
H.Məmmədov qeyd edib ki, nəzarətin gücləndirilməsi müxtəlif üsullarla mümkündür ancaq icra hakimiyyətinə nəzarəti heç bir halda qanunverici orqanla əlaqələndirmək olmaz: "Milli Məclis hakimiyyətin müstəqil qanadı olaraq qanunverici orqandır, nəzarətedici funksiyası yoxdur. Nəzarət funksiyası icra qanadının özündə mövcuddur. Məhkəmə hakimiyyəti də öz növbəsində prosesdə qanuni və həlledici vəzifəsini daşıyır".
Deputatın sözlərinə görə prosesdə cəzalandırmadan daha çox ibrət hadisəsi var. Məqsəd kiməsə cəza vermək yox, qanunauyğun davranışların sərgiləməsinə təşviq etmədir. Nəticə çıxartmayanın məsuliyyəti öz üzərinə düşür.
MM üzvü vurğulayıb ki, qanun ictimai münasibətlərin hər bir detalını tənzimləyə bilməz. Bu, qadağa və vəzifələr sistemidir. Qanundan kənar məqbul davranışlar isə bizim azadlığımızıdır. Davranışlarımızın hamısının yazı ilə tənzimlənməsi mümkün deyil: "Fasiləsiz olaraq Milli Məclisdə qanunların qəbul edilməsi ictimai münasibət və iş strukturlarında yaranmış və ya yaranmaq ehtimalı olan boşluqların aradan qaldırılmasna yönəlib. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlar da yaxın təyinatlıdır.
Xatırladaq ki, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə tutulanlar arasında İmişlinin sabiq başçısı Vilyam Hacıyev, Biləsuvarın keçmiş rəhbəri Mahir Quliyev, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, Cəlilabadın keçmiş başçısı Namiq Zeynalov, Şəmkirin sabiq rəhbəri Alimpaşa Məmmədov, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın keçmiş başçısı Qoca Səmədov və Kürdəmirin sabiq rəhbəri Ceyhun Cəfərov yer alır. Onların bəziləri artıq cəzalarını başa vuraraq azadlığa çıxıb.
Ekspertlər hesab edirlər ki, korrupsiya və vəzifə pozuntularına qarşı əməliyyatlar fasiləsiz şəkildə davam etdiriləcək. Bu həbslər digər icra başçıları üçün də ciddi xəbərdarlıq siqnalıdır, nəzarət mexanizmi artıq daimi xarakter alıb və qanunu pozan heç kim məsuliyyətdən yayınmayacaq. / azxeber.com

Sosial       Tarix: 06 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler beynelxalq bank mezenne cəbhədən şad xəbər en son xeberler