İdman edərkən ürəyi yormamaq üçün 6 VACİB QAYDA

İdman edərkən ürəyi yormamaq üçün 6 VACİB QAYDAMəlumdur ki, idmanla məşğul olmaq ürək-damar xəstəliklərinin qarşısının alınmasında ən təməl addımdır.
Bir çox uzunmüddətli araşdırmalar sübut edib ki, idman ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır və ömrü uzadır. Bu səbəbdən mütəxəssislər hər fürsətdə idmanın əhəmiyyəti barədə araşdırmalar aparıllar.
KONKRET.azxəbər verir ki, mütəxəssislər bildirirlər ki, idmanla məşğul olarkən mütləq aşağıda qeyd olunan məqamlara diqqət yetirmək önəmlidir.
İDMANLA MƏŞĞUL OLARKƏN MÜTLƏQ SU İÇİN
Məlumdur ki, idmanla məşğul olduqda tər ifraz olunur. Bununla da orqanizmdə su və minderal çatışmazlığı yaranır. Bu səbəbdən məşq arasında və ya sonrasında kifayət qədər su və lazım gələrsə tərkibində mineral ehtiva edən içkilərdən mütləq istifadə edin.
HƏR GÜN MİNİMUM 10 MİN ADDIM ATIN
Araşdırmalara görə, gündəlik atılan 10 min addım ürək sağlamlığı üçün çox əhəmiyyətlidir. Hansı ki, 10 min addım sürətlə yerimək qan damarlarının sərtləşməsinin qarşısını ala bilər, qan damarlarının təzyiqini və xolesterol səviyyəsini aşağı sala bilər. Tədqiqatlar göstərir ki, yerimək bu mühüm təsirlər sayəsində infarkt riskini 20 faiz azaldır.
NƏBZİNİZİ NƏZARƏTDƏ SAXLAYIN
İdman edərkən ürək döyüntüsünü nəzarət altında saxlamaq da vacibdir. Çünki ürək döyüntüsü hədəfi aşsa, başgicəllənmə, tarazlığın pozulması, huşunu itirmək kimi problemlər yarana bilər. Mütəxəssislər deyirlər ki, yaşınızı 220-dən çıxırsız, ürək döyüntünüzün sayı qalan rəqəmin 50-70 faizi arasındadır.
BU ŞİKAYƏTLƏR ZAMANI QƏTİ İDMANLA MƏŞĞUL OLMAYIN
"İdman zamanı döş qəfəsində narahatlıq, qeyri-adi nəfəs darlığı, ürək döyüntüsü və ya baş gicəllənməsi kimi şikayətlər varsa, heç vaxt məşqlərə davam etməyin. Xüsusilə sinə ağrısı infarktın ən əhəmiyyətli əlaməti olduğundan, vaxt itirmədən həkimə müraciət etmək önəmlidir2,- deyə araşdırma müəllifləri qeyd edirlər.
SÜBH TEZDƏN İDMAN ETMƏKDƏN ÇƏKİNİN
Səhər tezdən ilk üç saat ərzində idmanla məşğul olmaq faydalı deyil. Bu vaxtlarda adrenalin hormonunun ən yüksək səviyyəsi damarlarda daralmalara səbəb olur, nəticədə qan təzyiqi yüksəlir və ürək ritmi sürətlənir. Bunlara əlavə olaraq bədənimizdəki fibrinolitik sistem adlanan və qan laxtasını parçalayan sistem ən aşağı səviyyədə olduğu üçün səhərin erkən saatlarında damarlarda laxtalanma riski artır. Bütün bunlardan əlavə səhər tezdən idman infarkt riskini tətikləyə bilər.
ÇOX İSTİ VƏ SOYUQ HAVALARDA İDMAN ETMƏYİN
İsti havalarda, xüsusilə də həddindən artıq səy göstərilən idman növlərində həddindən artıq tərləmə səbəbiylə damarlarda qan miqdarı azala, nəticədə təzyiq minimuma düşə bilər. İdman soyuq havada qan təzyiqini də poza bilər, sinə ağrısı və ya infarkt riski artır. Buna görə də həddindən artıq isti və ya soyuq havalarda idmanla məşğul olmayın.

Sağlamlıq       Tarix: 07 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər xeber saytlari novruz bayramı cəbhədən son məlumatlar