İdmançılarımızdan Avropa çempionatında UĞURLU NƏTİCƏLƏR

İdmançılarımızdan Avropa çempionatında UĞURLU NƏTİCƏLƏRİtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Publika.az-ın məlumatına görə, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.
Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisiylə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib. Ancaq beşinci yarış günündə Rumıniya idmançısıyla baş tutan qarşılaşma da uğursuzluqla nəticələnib. Varansova hesabda 3:2 öndə olsa da, sonuncu dəqiqədə təşəbbüsü əəldən verərək məğlub olub.
Alyona Kolesnik ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşib. Kolesnik belaruslu həmkarına da məğlub olub.
Tatyana Omelçenko təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığma üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu Yuliya Tkaça məğlub olub. Omelçenko fevralın 14-də bürünc medal uğrunda güləşib və Belarus idmançısını üstələyərək 3-cü yerin sahibi olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb. Ancaq təmsilçimiz titulunu qoruya bilməyib. Bolqar rəqibinə uduzan Elis bu dəfə gümüş medalla kifayətlənib.
Beləliklə, yığmamız Avropa çempionatını bir gümüş və bir bürünc medalla başa vurub.
53 kq
Təsnifat: Tatyana Varansova - Marina Rueda Flores (ESP) 8:5
1/8 final: Tatyana Varansova - Cesika Korneliya Blaşka (NED) 0:10
Təsəlliverici görüş: Tatyana Varansova - Suzanna Georgiana Seykariu (ROU) 3:4
57 kq
1/4 final: Alyona Kolesnik - Qreys Cekob Bullen (NOR) 0:5 (tuşe)
Bürünc medal görüşü: Alyona Kolesnik - İrina Kuraçkina (BLR) 1:4
62 kq
Təsnifat: Tatyana Omelçenko - Aurora Kampaqna (İTA) 3:0
1/4 final: Tatyana Omelçenko - Marianna Sastin (HUN) 5:3
1/2 final: Tatyana Omelçenko - Yuliya Tkaç (UKR) 0:4
Bürünc medal görüşü: Tatyana Omelçenko - Veranika İvanova (BLR) 4:0
65 kq
1/4 final: Elis Manolova - Petra Olli (FİN) 8:1
1/2 final: Elis Manolova - Mariya Kuznetsova (RUS) 7:3
FİNAL: Elis Manolova - Mimi Nikolova Xristova (BUL) 3:6 /publika.az

İdman       Tarix: 15 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən xəbər veri

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeber xəbər az cəbhədən son durum en yeni xeberler