İdmançıların çətin dönəm yaşamaları məni çox narahat edir - Nazir

İdmançıların çətin dönəm yaşamaları məni çox narahat edir - Nazirİcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin!
Publika.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov qeyri olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə görüşündə bildirib.
Nazir olimpiya idman növlərində vəziyyətin nisbətən daha stabil olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdırıb.
O, narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu deyib:
"Mən həqiqətən çox narahatam. İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir. Düzdür idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Operativ Qərargah tərəfindən qərar verilib. Amma siz haqlı şəkildə "Əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə o zaman necə edək" sualını verə bilərsiniz. Mən sizi nazirliyə dəvət edirəm".
Nazir federasiyalara məşqlər üçün nazirliyin balansında olan Olimpia İdman Komplekslərinin açıq məkanlarını təklif etməklə bərabər, eyni zamanda, koordinasiya olunmuş şəkildə şəhərin idman üçün münasib yerlərinin də təyin olunaraq orada məşqlərin mümükünlüyünü ifadə edib. Avadanlıqlara gəldikdə isə, A.Rəhimov idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini də söyləyib.
Nazir federasiyaların maliyyə çətinliyi ilə üz-üzə qaldıqlarından məlumatlı olduğunu bildirib, bu problemin həlli yolları üçün federasiya rəsmilərinin nazirliyin idman növlərinə məsul şəxsləri ilə bir araya gələrək mövcud durumu müzakirə etmələrini və bunün nəticəsində nazirliyin dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Rəhimov beynəlxalq yarışlarda iştiraka da toxunub: "Əgər hər hansı bir ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla bağlı heç bir məhdudiyyət yoxdursa, biz idmançının bu yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab verən olsun".
Çıxışının sonunda Azad Rəhimov idmançıların çox böyük bir ordu olduğunu və nizamlı olduqlarını söyləyib. Federasiya rəhbərlərinə bu çətin pandemiya dönəmində idmançılar arasında daim maarifləndirmə işlərini aparmalarının, dövlət tərəfindən qoyulan qayda-qanunlara hər kəsin əməl etməsinin vacibliyini diqqətə çatdırılıb.
Daha sonra mövzu ətrafında Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Anti- dopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmilə iştirak edərək pandemiya dönəmində idmanımızın rastlaşdığı narahatlıqları, nazirlik ilə bu dönəmdə həyata keçirilən birgə əməkdaşlığı, idmançıların formokoloji təminatını, təhsil sahəsində gözləntilərin idarə olunmasını və digər mövzuları diqqətə çatdırıb, narahatlıqlarla bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, iclasda 30-dan çox qeyri olimpiya idman növlərinin rəsmi və nümayəndələri iştirak edib. Buraya Azərbaycan Budo Döyüş Növləri Federasiyası, Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Bodibildinq və Fitnes Federasiyası, Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası, Azərbaycan Muaytay Tayboks Federasiyası və, Azərbaycan Uşu Federasiyası, Azərbaycan Aykido Federasiyası, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo döyüş növləri idman Federasiyası, Azərbaycan Ənənəvi Karate-Do Federasiyası, Azərbaycan Poverliftinq Federasiyası, Azərbaycan Sambo Federasiyası, Azərbaycan Kikboksinq Federasiyası və digərləri daxil idi. Sonda federasiya rəsmiləri onları narahat edən mövzuları diqqətə çatdırıb, müəyyən təkliflər irəli sürüblər.
Konfrans zamanı dünyasını dəişmiş görkəmli idman xadimi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş və onun metodikası kafedrasının müdiri, Milli İdman Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Xanlar Qurbanov anılaraq, onun vəfatının Azərbaycan idmanı üçün ağır itki olduğu bildirilib.

İdman       Tarix: 10 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" - ÇSKA oyununun biletləri satışda - QİYMƏTLƏR

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "ÇSKA Sofiya" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb. xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbua

FIFA DÇ-dən bu qədər pul qazandı

FIFA bu yay baş tuan dünya çempionatından əldə olunan rekord gəliri açıqlayıb. KONKRET.azxəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Məlumata görə, ali futbol qurumu turnirdən 15 milyard dollar (25,

DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ikinci finalçı bəlli olacaq. bildirir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxt

DÇ-də final matçı təxirə salına bilər

İspaniya və Argentina milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının final matçı Kanadadakı meşə yanğınları səbəbindən təxirə salına bilər. KONKRET. -a istinadla xəbər verir ki, qatı tüstü Kanadanı

UEFA Avropa Liqası: "Qarabağ" cavab oyununa çıxır

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq

UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) – "Qarabağ" görüşü baş tutub. . KONKRET.azxəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağda

"Barselona" yeni hücumçu aldı

"Barselona" Almaniyanın "Borussiya Dortmund" klubundan hücumçu Kərim Adeyemini transfer edib. xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, 24 yaşlı futbolç

DÇ finalına bilet qiymətləri rekord qırdı - Siyahı

İyulun 19-da keçiriləcək dünya çempionatının finalında Argentina və İspaniya milliləri üz-üzə gələcək. ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda baş tutacaq həlledici qarşılaşmaya biletlərə böyük tələba

Messi İngiltərə üzərindəki qələbəni görün kimə həsr etdi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan 2:1 hesablı qələbəni Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya həsr edib. xəbər verir ki, Messi oyundan sonra belə deyib:


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber 2026 xeberler xeberler bugun 2026 xeber saytlari