İftardan sonra çay və kofe içməyə DİQQƏT EDİN - HƏKİM MƏSLƏHƏTİ
Türkiyəli professor Vedat Göral iftardan sonra çay və qəhvə istehlakı ilə bağlı xəbərdarlıq edib.
KONKRET.az-ın xəbərinə görə, Medipol Meqa Universiteti Xəstəxanasının professoru iftardan sahura qədər 1,5 – 2 litr maye içməyin vacibliyinə diqqət çəkib.
Ramazanda sahur və iftar üçün qidalanma ilə bağlı tövsiyələr verən Vedat Göral bu ayda yanlış qidalanmanın insan səhhətində ciddi problemlərə səbəb ola biləcəyini deyib:
"Orqanizmdə maddələr mübadiləsinin pozulmaması üçün iftar vaxtı boş mədəni birdən-birə doldurduqda həzmsizlik, şişkinlik, mədə narahatlığı, qəbizlik və köp, ürək xəstəlikləri, yüksək təzyiq şikayətləri yarana bilər.
Süfrədə qida çeşidi çox olsa da, gündəlik qəbul edilən karbohidrat, yağ, zülal, vitamin və mineralların miqdarı ideal qidalanmaya uyğun olmalıdır. İftarda daha kalorili, sahurda isə yüngül yeməklər istehlak edilməlidir".
Həkim bildirib ki, sahura qədər 2 litr maye qəbul edilməlidir. O, iftarda yemək və içkilərin çox isti və ya soyuq olmamasına diqqət çəkərək, qidalanma qaydasını belə izah edib:
"Oruc su və ya xurma ilə açılmalıdır. Daha sonra yarım kasa şorba içilməlidir. Bu prosesdə bir dilim taxıl çörəyi istehlak etmək daha faydalıdır.
İftardan sonra şorba ilə davam etdirilməli, qısa fasilədən sonra əsas yeməyə başlanılmalıdır. Xəmir xörəklər mümkün qədər az istehlak edilməli, yemək yavaş-yavaş və yaxşıca çeynəyərək yeyilməlidir.
Bundan əlavə, iftar yeməyinə qatıq, ayran, yaşıl tərəvəzlərdən hazırlanmış salat, bir neçə dilim buğda və ya çovdar çörəyi əlavə edilməlidir. Şərbətli şirniyyatlardan uzaq durmaq, mümkün qədər südlü desertlərdən istifadə etmək daha faydalı olar. Çay və kofe iftardan ən azı yarım saat sonra içilməlidir.
Çay açıq və limonlu olmalıdır. Türk qəhvəsi də şəkərsiz istehlak edilməlidir. Yeməkdən sonra bitki çaylarına da üstünlük verilməlidir. İftardan sahura qədər 1,5 – 2 litr maye içilməlidir".
Professor iftardan yarım saat əvvəl sakit havada yüngül gəzintini də tövsiyə edib.
Sevinc Paşayeva,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Necla Uyqur vəfat etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Güllünü öldürən doğma qızına bu cəza verildi
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var