İkardini məhkəməyə verdilər - 8 milyon borcu var
"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardi kirayədə yaşadığı lüks villa ilə bağlı yaranan mübahisəyə görə məhkəməlik olub.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur hücumçu Göytürkdə yerləşən villanı illik müqavilənin başa çatmasına dörd ay qalmış tərk edib. Ev sahibi isə müqavilə şərtlərinə əsasən qalan dörd aylıq kirayə haqqının da ödənilməsini tələb edib.
İddialara görə, söhbət 168 min dollar (8 milyon türk lirəsi) məbləğində borcdan gedir.
Ev sahibi ödənişin həyata keçirilməməsi səbəbindən İkardi barəsində icra prosesi başladıb.
Futbolçunun icra qərarına etiraz etməsindən sonra ev sahibi bu dəfə etirazın ləğvi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin iddianı icraata qəbul etdiyi və işə yaxın günlərdə baxılacağı bildirilir.
Qeyd edək ki, villanın illik kirayə haqqı 504 min dollar təşkil edib. İkardinin müqavilə müddəti başa çatmadan evi boşaltması tərəflər arasında hüquqi
mübahisəyə səbəb olub.
Aysel
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub